22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT-lərin siyahıları məhkəməyə təqdim edilib – VİDEO

 QHT-lərin siyahıları məhkəməyə təqdim edilib – VİDEO

Azərbaycan tərəfi yanvarın 30-da dinləmələr zamanı həmin etiraz aksiyalarının həqiqətən də ekofəallar tərəfindən təşkil olunduğunu, həmin etirazlarda iştirak edən QHT-lərin siyahılarını, müvafiq ekofəalların adlarını, ümumilikdə etiraz aksiyalarının nə ilə bağlı həyata keçirildiyini, bununla əlaqədar təfsilatlı məlumatı məhkəməyə təqdim etmişdik.

YeniZamantv.az AZƏRTAC-a iastinadən  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına dair keçirdiyi brifinqdə məlumat verib.

Bununla bağlı bütün foto və videosübutların Azərbaycan tərəfindən məhkəməyə təqdim edildiyini diqqətə çatdıran nazir müavini əlavə edib ki, həmin dinləmələr də açıq şəraitdə keçirilib, canlı yayımda göstərilib. Yanvarın 30-da Azərbaycan tərəfi məsələ ilə bağlı Ermənistanın mövqeyini təkzib edən sübutları ortaya qoyaraq məhkəməyə təqdim edib.

 

Paylaşın:

Digər yazılar