20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Roman Baqdasaryan: Döyüşlər düz 24 saat davam edəcək

 Roman Baqdasaryan: Döyüşlər düz 24 saat davam edəcək

YeniZamantv.az Hərbi ekspert Ədalət Verdiyevin feysbuk səhifəsində bir paylaşımını təqdim edir.

Roman Baqdasaryan: “Qarabağda yeni müharibə 24 saat davam edəcək və hər şey bitəcək”
Sosial şəbəkələrdə erməni bloger Roman Baqdasaryanın Qarabağ bölgəsinin etnik erməni əhalisini azərbaycanlılarla yeni müharibəyə sövq edən Rusiyanı, Ruben Vardanyanı, “Qarabağ klanı”nı və daşnakları tənqid etdiyi növbəti videosu yayılıb.
Bloqqer qeyd edir ki, “Qarabağ klanı” və qondarma “Qarabağ hökuməti” 44 günlük müharibədə uduzub, amma buna baxmayaraq, ermənilərin azərbaycanlılarla əbədi vuruşmasını istəyirlər: “Həqiqəti bilmək istəyirsiniz? Qarabağda yeni müharibə başlasa, bunu açıq deyirəm, o zaman döyüşlər düz 24 saat davam edəcək. 24 saatdan sonra bir nəfər də olsun sağ oğlan qalmayacaq, Qarabağda bütün qadınlar evsiz, mənzilsiz qalacaq. Bunu istəyirsən? Arayik Arutyunyan Azərbaycanla danışmalıdır”.
Paylaşın:

Digər yazılar