22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Türkiyə zəlzələsindən sonra zəlzələ törədən silahlar məsələsi

 Türkiyə zəlzələsindən sonra zəlzələ törədən silahlar məsələsi

Türkiyənin Kahramanmaraş vilayətində baş verən şiddətli zəlzələləri araşdıran Rusiya Elmlər Akademiyasının Geofizika İnstitutunun baş tədqiqatçısı Aleksandr Qorşkov HAARP iddialarından danışıb.

YeniZamantv.az xəbər verir ki, elm adamı belə müzakirələrin gündəmə gəlməsinin təsadüfi olmadığını bildirib.

“Eyni gündə iki güclü zəlzələnin baş verməsi normaldırmı” sualına Qorşkov belə cavab verib:

“Olduqca nadir olsa da, belə hallar baş verə bilər. Deməli, imkanlar daxilindədir. Bir qayda olaraq, yeraltı təkanlar 1-7 gün arasında baş verir. Ancaq gözlənilənlərin əksinə olaraq, şiddətli bir zəlzələdən sonra müvafiq bölgədə qısa müddətdə daha bir güclü zəlzələ baş verdi. Buna tarixdə rast gəlmək olar”.

ABŞ və bəzi ölkələrin zəlzələlərə səbəb ola biləcək texnologiyaya sahib olması ilə bağlı iddia haqda elm adamı bunları deyib:

“Bu “seysmik silah” məsələsi çox müzakirə olunur. Bununla belə, çox dağıdıcı hesab edilən 7 bal və daha yuxarı zəlzələləri tətikləmək üçün onlarla atom bombasından istifadə etməlisiniz. Bəs bu nə deməkdir? İzah edim: belə nəhəng və güclü mexanizmi işə salmaq üçün əvvəlcə qırılma xətlərinə çox yüksək miqdarda enerji yükləməlisiniz, bu isə mümkün deyil.

Birincisi, sözügedən yükü hesablamaq və təşkil etmək demək olar ki, mümkünsüzdür. Tutaq ki, uğur qazandınız və lazımi enerjini qırılma xətlərinə yüklədiniz. O zaman dünyanın müxtəlif yerlərində yerləşən seysmik stansiyalar belə güclü partlayışı dərhal aşkar edib qeydə alardı. Yer qabığında texnogen partlayışlar nəticəsində yaranan hər hansı təsir və ya enerji zəlzələ mütəxəssisləri tərəfindən təbii vulkanik və seysmik proseslərdən asanlıqla fərqləndirilir.

Əlbəttə, ümumilikdə belə şiddətli zəlzələ fəlakətlərindən sonra zəlzələ törədən silahlar məsələsi dərhal gündəmə gəlir və uzun müddət ictimaiyyəti məşğul edir. İndi belə silahların olması ilə bağlı heç bir məlumatımız yoxdur”.  /teleqraf.com/

Paylaşın:

Digər yazılar