Xocalı abidəsi önündə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib-Haaqa
Bu gün Niderlandın Haaqa şəhərində yerləşən Xocalı abidəsi önündə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
YeniZamantv.az REAL TV-nin Avropa bürosuna iistinadən xəbər verir ki, Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı, Azərbycan Respublikasının Niderlandakı səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə Azərbycan Respublikasının Niderland krallığındakı səfiri Rəhman Mustafayev, Türkiyənin Niderland krallığındakı səfiri Səlçuk Ünal, Cənubi Holland regionu üzre Xristian Demokrat Çağırış partiyasından şura üzvü Maykl Roxier, Azerbaycan və Türk icmalarının üzvləri iştirak ediblər.
İlk öncə Xocalı abidəsi qarşısında Azərbaycan və Türkiyə səfirlikləri tərəfindən əklillər qoyulub və şəhidlərin ruhuna dualar oxunub. Daha sonra tədbir iştirakçıları çıxış ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Niderland Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın açaraq, daha sonra sözü Azərbaycan Respublikasının Niderland krallığındakı səfiri Rəhman Mustafayevə verib. Səfir çıxışında Xocalıya ədalət naminə hər birimizin var gücü ilə çalışmalı olduğunu, bu soyqırımı törədənlərin ədalət qarşısına çıxarılmasına nail olacağımızı bildirib. Türkiyənin Niderland krallığındakı səfiri çıxış edərək, qardaş Türkiyə xalqının hər zaman Azerbaycanın yanında olduğunu, kədərinin kədərimiz,sevincinin sevincimiz olduğunu vurğuladı. Daha sonra M.Roxier çıxış edərək Xocalı soyqırımına hüquqi qiymətin verilməsinin vacibliyini qeyd edib.