23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“ Vətənpərvər Maarifçi Gənclər “ yeni layihə icra edəcək

 “ Vətənpərvər Maarifçi Gənclər “ yeni layihə icra edəcək

Daha bir QHT, “ Vətənpərvər Maarifçi Gənclər “ yeni layihə icra edəcək. Layihə belə adlanır: “Müharibə iştirakçılarının asudə vaxtlarının təşkili istiqamətində gəzintilər və məktəblilərlə  görüşlər”. Layihə Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə rəhbəri Aysunay Həsənovadır.

YeniZamantv.az məlumat verir ki,  layihə üç ay 01.03.2023-31.05.2023  tarixlərinə qədər icra olunacaq. Layihədən  200 nəfərdən çox şəxs faydalanacaq.

Layihənin məqsədi  müharibə iştirakçılarının asudə vaxtını təşkil etməklə, onları cəmiyyətə həm tanıtmaq, təbliğ etmək, həm də məktəblilərə vətən yolunda fədakarlıq göstərənləri nümunə göstərməkdir.

Müharibə iştirakçılarının asudə vaxtını təşkil etmək üçün  mühitlərini dəyişmək məqsədi ilə səyahət təşkil olunacaq: Masallıda tarixi və görməlib yerlərə gəzinti baş tutacaq.Səhər yeməyi-çay, kofe, günorta yeməyi  və çay, kofe , şirniyyat stolu düzənlənəcək.

Bakı şəhərində beş məktəbdə görüşlər keçiriləcək, müharibə iştirakçıları ilə vətənpərvətlik söhbətləri aparılacaq. Tədbirlərin sonunda çay və şirniyyat  süfrəsi veriləcək.

Beləliklə, layihə vasitəsi ilə dövlətin müharibə iştirakçılarının  asudə vaxtının həllində apardığı addımların, qayğısının ictimai rəydə yüksəldilməsinə, məktəblilərlə görüşlərdə müharibə iştirakçılarının söhbətləri çox faydalı olacaq. Bunlar  gənclərin vətənpərvərlik tərbiyəsinə böyük təkan verəcək.

 

 

Paylaşın:

Digər yazılar