23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Vüsalə Hüseynli: Digər millətlər kimi, ermənilər də Azərbaycan qanunları çərçivəsində yaşamalıdırlar

 Vüsalə Hüseynli: Digər millətlər kimi, ermənilər də Azərbaycan qanunları çərçivəsində yaşamalıdırlar

Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə keçirilən görüş artıq Azərbaycan vətəndaşı olan ermənilərin ölkə qanunlarına inteqrasiyasına dəstək vermək məqsədi daşıyır. Bunun altında başqa nüanslar axtarmaq, sadəcə, qeyri-peşəkarlıqdır.

YeniZamantv.az  bildirir ki,  Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Vüsalə Hüseynli deyib.

Respublikamızın ərazisində yaşan digər millətlər kimi bu gün Qarabağda yaşayan ermənilərin də Azərbaycan dövlətinin vətəndaşları olduğunu vurğulayan Vüsalə Hüseynli deyib: “Dövlətimizin başçısı bütün çıxışlarında mütəmadi qeyd edib ki, digər vətəndaşlar kimi Qarabağ ərazilərində yaşayan ermənilər də Azərbaycan dövlətinin vətəndaşlarıdır. Təbii ki, Azərbaycan dövləti digər vətəndaşlar kimi onların da probleminin həllinə həssaslıq nümayiş etdirməlidir. Onların da öz növbələrində Azərbaycan dövlətinin qanunları çərçivəsində bu ərazilərdə yaşamaq hüquqları var. Proses dövlətimizin başçısının göstərişinə uyğun olaraq, yeni başlayıb. Təbii ki, buna kölgə salmağa çalışanlar, başa düşmədən danışanlar ola bilər. Ancaq beynəlxalq hüququn normaları çərçivəsində kimlər ki, ölkə qanunlarına tabedirlər və Azərbaycan vətəndaşlığını qəbul edəcəklərsə onların yaşayış hüququ digər vətəndaşlar kimi qorunacaq. Bununla razılaşmayanlar, təbii ki, bu əraziləri tərk etməli olacaqlar”.

Vüsalə Hüseynli əlavə edib ki, bu gün artıq Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına dönüşü ilə bağlı ciddi işlər görülür. Bu isə ona işarə edir ki, artıq proseslərin sabitləşməsi, sülh müqaviləsinin imzalanmasına çox yaxın məsafədəyik. Bu baxımından Azərbaycanın dövlət sərhədləri çərçivəsində yaşayan hər vətəndaşı ilə müəyyən müzakirələrin aparılmasına da normal yanaşmaq lazımdır. Ermənilər də digər millətlərin nümayəndələri kimi, ölkə qanunları çərçivəsində həyata inteqrasiya etməlidirlər. Azərbaycan dövləti onlara bu seçimi təqdim edib.

Paylaşın:

Digər yazılar