Qanunsuz erməni silahlıları tərəfindən mövqelərimiz atəşə tutulub
Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində – Rusiya sülhməramlı kontngentinin məsuliyyət zonasında atəşkəs pozulub.
YeniZamantv.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev Rusiya MN-nin məlumatına əsasən xəbər paylaşıb.
Bildirilir ki, Qarabağda mövcud olan qanunsuz erməni silahlıları tərəfindən Xocalı istiqamətindən Azərbaycan mövqeləri atəşə tutulub.