SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir
SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir.
YeniZamantv.az xəbər verir ki, növbəti həftə (06-07.03.2023 və 10.03.2022) daha 2 rayon və 1 şəhərdə “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 12:00-dan 13:00-dək Şirvan şəhərində (İstiqlaliyyət prospekti 10, İcra Hakimiyyətinin yanı), 2-ci günü saat 11:00-dan 12:00-dək Hacıqabul rayonunda (İsmət Qayıbov küçəsi 15), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Neftçala rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.