23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

DİN yanında İctimai Şura silahlı basqınla bağlı açıqlama yaydı

 DİN yanında İctimai Şura  silahlı basqınla bağlı açıqlama yaydı

“Azərbaycan Repsublikası Daxili İşlər Nazirliyi yanında İctimai Şura 04.03.23 tarixində Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında yerləşən BRAVO hipermarketində inkassasiya heyətinə hücumu həyata keçirmiş cinayətkarların tez bir zamanda aşkarlanması və onlardan birinin zərərləşdirilməsini və digərinin həbsini yüksək qiymətləndirir. Daxili İşlər Nazirliyi yanında İctimai Şura ictimaiyyətin polisə dəstəyini təqdir edir”.

YeniZamantv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın yaydığı açıqlamada məlumat verilir. Açıqlamada daha sonra deyilir:

“Polisin bu peşəkar əməliyyatı bir daha göstərdi ki, Azərbaycan hüquq-mühafizə orqanları asayişin qorunması sahəsində, eyni zamanda cinayətkarlara qarşı mübarizədə peşəkarlıqla, günün tələbləri səviyyəsində fəaliyyət göstərir. Daxili İşlər Nazirliyi yanında İctimai Şura hesab edir ki, polisin bu qətiyyətli addımları, əməliyyat axtarış tədbirlərini peşəkarlıqla təşkili potensialı təhlükəsizliyin və ölkədə ictimai-siyasi sabitliyin qorunmasına zəmanət verən amillərdən biridir. İctimai Şura
ictimai asayişin qorunması, həmçinin, cinayətkarlığa qarşı mübarizədə Daxili İşlər Nazirliyinə ictimai dəstək verilməsini mühüm hesab edir və bu istiqamətdə səyləri dəstəkləməkdə davam edəcək”.

Paylaşın:

Digər yazılar