24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Azərbaycan tərəfi bizə çatdırdı ki, ya inteqrasiyaya razı olun, ya da sərt addımlar atılacaq” – Arutyunyan

 “Azərbaycan tərəfi bizə çatdırdı ki, ya inteqrasiyaya razı olun, ya da sərt addımlar atılacaq” – Arutyunyan

“Azərbaycan tərəfi bizə dedi ki, ya inteqrasiyaya razı olun, ya da sərt addımlar atılacaq”.

YeniZamantv.az xəbər verir ki, bunu Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan deyib.

“İkinci görüş zamanı Azərbaycan nümayəndəsi “inteqrasiya” sözündən istifadə edərək siyasi mövzuları müzakirə etməyə çalışdı, lakin cənab Şahramanyan bunun qarşısını aldı.

Azərbaycan tərəfi öz kanalları ilə bizə çatdırdı ki, ya inteqrasiya siyasətini qəbul edirsiniz, ya da mövcud problemlərin həlli olmayacaq, əksinə, daha sərt və kəskin addımlar atılacaq.

Bizim seçimimiz var: ya seçdiyimiz mübarizəni davam etdiririk, ya da cəmiyyətdə elə fikirlər varsa, Azərbaycanın təqdim etdiyi təklifi qəbul etməliyik. O zaman insanların öz vətəndaş hüquqları çərçivəsində çıxış etmək imkanı var. Bu əhval-ruhiyyələri formalaşdırsaq, onda “ölkədə” yeni hökumət qurmaq üçün bizim seçdiyimiz yol səhv yoldur”, – deyə Arayik bildirib. /Konkret.az/

Paylaşın:

Digər yazılar