23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Özünüməşğulluq proqramı üzrə kiçik biznesini quran qadınlarla iş yerlərində görüş keçirilib

 Özünüməşğulluq proqramı üzrə kiçik biznesini quran qadınlarla iş yerlərində görüş keçirilib

Deyirlər qadın gülərsə, bəşəriyyət gülər. Bu gün Azərbaycan qadının üzünün gülməsi üçün özünün, ailəsinin güzəranı, yaşayışı yüksək  olmalıdır. Son illər özünüməşğulluq proqramları çərçivəsində minlərlə qadın həyatını düzənə salıb.

YeniZamantv.az xəbər verir ki, özünüməşğulluq proqramı çərçivəsində öz kiçik müəssisələrini yaradan Nüyvər Musayeva və Gülşən Əzimova ilə onlara məxsus istehsal və xidmət sahələrində görüş keçirilib.

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli həmin xanımlara məxsus istehsal və xidmət sahələri ilə tanış olub, onları qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

 

O, qadınların məşğulluğunun və əmək bazarında iştirak imkanlarının artırılması üçün işlərin ildən-ilə gücləndirildiyini deyib.  Agentlik tərəfindən həyata keçirlən aktiv məşğulluq tədbirlərinin əhatə etdiyi vətəndaşların mühüm bir hissəsinin qadınlardan ibarət olduğunu bildirib.

 

Qadınların məşğulluq və kiçik biznesə çıxış imkanlarının artırılması istiqamətində layihələrin icra edildiyi və bu layihələrin qarşıdakı dövrdə də davam etdiriləcəyi vurğulanıb.

 

N.Musayeva un məmulatları istehsalı zərfi, G.Əzimova isə kiçik dərzi sexi zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilərək öz işlərini qurmaları üçün lazım olan avadanlıqlarla təmin ediliblər.

 

Onlar işsiz şəxslərin kiçik sahibkarlığa çıxışına imkan yaradan özünüməşğulluq proqramının icrasına, öz işlərini qurmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, kiçik bizneslərini inkişaf etdirmək üçün səylə çalışdıqlarını bildiriblər.

Paylaşın:

Digər yazılar