Rusiya Müdafiə Nazirliyindən TƏXRİBAT: “Atəşi Azərbaycan hərbçiləri açıblar”
Rusiya Federasiyası Müdafiə Nazirliyi martın 5-də ermənilərin gizli yollarla Azərbaycan ərazisinə silah daşması ilə bağlı yaşanmış qanlı insidentlə bağlı məlumat yayıb.
YeniZamantv.az xəbər verir ki, Rusiya MN-nin məlumatı tamamilə ermənipərəst ruhda hazırlanıb. İstər silahlı insidentin təqdimatı, istərsə də yer adlarını təhri edilməsi ilə bağlı.
Məlumatda bildirilir ki, “martın 5-də saat 10:00-da “Dyukyanlar” (?!) qəsəbəsi ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbçiləri “Dağlıq Qarabağın” “hüquq-mühafizə orqanlarının” (?!) əməkdaşlarının olduğu avtomobili atəşə tutublar. Toqquşma nəticəsində 3 nəfər həlak olub, avtomobildə olan bir işçi isə yaralanıb. Azərbaycan tərəfdən itkilər: iki ölü, bir yaralı olub. Rusiya sülhməramlılarının səyi ilə toqquşma dayandırılıb. Bu faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır”.
Göründüyü kimi Rusiya MN bölgədən qanunsuz erməni silahlı dəstələrini çıxarmaq əvəzinə, Azərbycanı atəş açan hücum edən tərəf kimi təqdim edir. Bu azmış kimi bölgədə qanunsuz mövcud olan rejimin silahlılarını “hüquq-mühafizə orqanı əməkdaşıları” kimi göstərir.