20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT rəhbərlərindən ilginc müraciət

                                                                                            
YeniZamantv.az xəbər verir ki, feysbuk sosial şəbəkəsində iki  xanım QHT  rəhbərləri müraciət ünvanlayıblar. Yazını olduğu kimi nəzərinizə çatdırırıq:
Novruz barış, yardımlaşma, bərəkət ayıdır. Bu ayda insanlar savab işlər görürlər. Düşündük ki, ünvanladığımız istək yerinə düşər.
Hörmətli yardımsevər, xeyriyyəçi Azərbaycan kişiləri! Çox əziyyətlərdən sonra Şəhid Ailələri – Qazilər Mərkəzini tikdik. 80% təmir də etdik. Lakin vəsaitimiz olmadığından çox  kiçik təmirimiz qalıb, yekunlaşdıra bilmirik.
İşlər noyabr ayından dayanıb. Düşünün ki, biz noyabrda təmiri bitirsəydik, onlarla şəhid ailəsi və qazimizə reablitasiya kursu keçərdik. Dərzi kurslarında onlarla şəhid və qazi ailəsindən olan xanımlar sənət öyrənər,  güzəranının daha da yaxşılaşmasında dəstək olardı.
Əsgər Ailələrinə Dəstək və ” Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birlikləri bu bayram ərəfəsində bizi sevindirməyinizi xahiş edirik.
Allah qazancınızı bol, bəxtinizi yüyrək etsin!
Çərşənbəniz mübarək!!!
 Mətanət Əsgərqızı Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri
Şəbnəm Rəaelqızı ” Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri
Paylaşın:

Digər yazılar