QHT rəhbərlərindən ilginc müraciət
YeniZamantv.az xəbər verir ki, feysbuk sosial şəbəkəsində iki xanım QHT rəhbərləri müraciət ünvanlayıblar. Yazını olduğu kimi nəzərinizə çatdırırıq:
Novruz barış, yardımlaşma, bərəkət ayıdır. Bu ayda insanlar savab işlər görürlər. Düşündük ki, ünvanladığımız istək yerinə düşər.
Hörmətli yardımsevər, xeyriyyəçi Azərbaycan kişiləri! Çox əziyyətlərdən sonra Şəhid Ailələri – Qazilər Mərkəzini tikdik. 80% təmir də etdik. Lakin vəsaitimiz olmadığından çox kiçik təmirimiz qalıb, yekunlaşdıra bilmirik.
İşlər noyabr ayından dayanıb. Düşünün ki, biz noyabrda təmiri bitirsəydik, onlarla şəhid ailəsi və qazimizə reablitasiya kursu keçərdik. Dərzi kurslarında onlarla şəhid və qazi ailəsindən olan xanımlar sənət öyrənər, güzəranının daha da yaxşılaşmasında dəstək olardı.
Əsgər Ailələrinə Dəstək və ” Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birlikləri bu bayram ərəfəsində bizi sevindirməyinizi xahiş edirik.
Allah qazancınızı bol, bəxtinizi yüyrək etsin!
Çərşənbəniz mübarək!!!
Mətanət Əsgərqızı Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri
Şəbnəm Rəaelqızı ” Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri