Vətəndaş Cəmiyyəti qurucuları üçün hər diqqət daha ciddi fəaliyyət göstərməyin təməlini qoyur-Mətanət Əsgərqızı yazır
QHT- lərə Dövlət Dəstəyi Agentliyi çox gözəl addımlar atır.
YeniZamantv.az xəbər verir ki, bu fikirləri Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri, jurnalist Mətanət Əsgərqızı öz feysbuk səhifəsində paylaşıb. Yazını təqbim edirirk:
QHT- lərə Dövlət Dəstəyi Agentliyi çox gözəl addımlar atır. Yeni ənənələrin təməli qoyulur. Vətəndaş Cəmiyyəti qurucuları üçün hər diqqət daha ciddi fəaliyyət göstərməyin təməlini qoyur.
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Agentliyin xanımlarını təbrik edib.
Daha sonra isə Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyevanın da iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunu da təbrik edib.
Vüsal müəllim, qadınlara verdiyiniz dəyərə görə minnətdaram!