Kapitalizm qanunların dəfn edilməsi deyil-Mətanət Əsgərqızı yazır
Bəli, artıq kapitalizmdə yaşayırıq. Mənimlə razılaşsaz da , fikrim budur. Ətrafımda cərəyan edənlər, müşahidələrim bunları deməyə əsas verir.
Gecə saat 00.43, kompyuteri söndürmək üçün feysbuk səhifəmi bağlamaq istəyirəm. Gözümə jurnalist Zaur Qəriboğlunun bir paylaşımı dəyir. Oxumağa başlayıram. Bu sətirlərdən sonra gəl indi yat… Axı cəmiyyətdə yaşayırıq. Heç kim də başına gələcəklərdən sığortalanmayıb. Necə laqeyd qalaq?
İlkin Rüstəmzadə yazır:
Bugün anam Kardiologiya İnstitutunun Exokardiya şöbəsində ürək analizindən keçməyə gedib.
Oranın əlxaq və ləyaqətdən uzaq həkimi içəridə laqqırtı vurub xəstələri gözlətdiyinə görə, ana etiraz edib.
Həkim anamı polislə təhdid edib və hər kəsin yanında qışqıraraq bildirib ki, anamı qəbul etməyəcək. “Kefim belə istəyir” deyib. Axırda da qışqırıb ki, get hara istəyirsən şikayət elə.
Ana da mənə dedi. Evə indi gəlmişəm. Yazıq qadını nə hala salıb bu əxlaqsızlar. Utanmırsız siz, ay əclaflar xəstə qadınla belə davranmağa?
Səhər gedəcəm. O xəstəxananın başında kim durursa, canlı yayım açıb söyə-söyə izah edəcəm ki, vətəndaşla quldur kimi davranmaq nə deməkdir.
Bu quldur və əxlaqsızlara ayaq verən bizim susqunluğumuzdur. Susmasaq belə qudura bilməzlər.
Həkimin adı: İbrahimova İllər Dərdail qızı.
Xanımlar və cənablar, düşünürsüz ki, kapitalizmdə yaşayırsız. Çoxlu pulu olmaq, hələ qanunların dəfn edilməsi deyil. Bunun dövlət idarəsi, ictimai qınağı var. Biz ictimai qınaq üçün yazdıq. Qalanı Dövlət babanın işidir. Amma unutmayın, cibinizi pullu edən də canını götürüb, qapınıza gələn insanlardır!
Bu adı da unutmayın, Həkimin adı: İbrahimova İllər Dərdail qızı.
Mətanət Əsgərqızı
YeniZamantv.az