23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İrəvandan ayrıldığım o günü hələ də unuda bilmirəm…

 İrəvandan ayrıldığım o günü  hələ də unuda bilmirəm…

Bayram gələndə yadıma 5-6 yaşım olanda məhz İlaxır çərşənbədə evimizdən qaçmağım gəlir. Bəli, həmin gün anam süfrə açmışdı. O zaman şəkərbura bişirməsək də anam və nənəm çox gözəl şirniyyatlar bişirərdilər. Mis sinidə Paxlava, Qatlama və s. şirniyyatların dadına hələ də heyranam.

Q gecənin qoxusunu hələ indi də duyuram… Hər bayramda qardaşıma və mənə təzə paltarlar geyindirərdilər. Süfrə hazır idi. Qapımız bərkdən döyüldü. Döyülən qapının arxasında atamın olduğunu bilirdik. Çünki qəribə bir səslə döyərdi. Qapıya qaçışdıq . Anam qapını açdı. Atamın üzündə qəribə bir ifadə vardı. Rəngi ağ idi.Yan otağa keçdilər. Atam nə dedisə, anamın tələsik paltar yığışdırdığını gördüm. Bir çanta hazırladı.Anam iki kağızda nəsə yazıb ciblərimizə içəri tərəfdən sancaqladı. Atam başımızı qucaqlayıb , sonra dedi:Tiflisə gedirik, oradan da Bakıya… Qardaş- bacı anlamırdıq nə olub. Gözümüz süfrədəydi. Axı şamları yandıracaqdıq. Anamın səsi gəldi: Qorxamyın, birdən bizi ayırsalar, harada olsanız sizi tapacağıq… Bir- birinizin əlini buraxmayın… Cibinizdəki kağızı da heç kimə göstərməyin. Bərk- bərk saxlayın.

Bədənimdə gizilti vardı , əsirdim… qorxurdum… Necə yəni, birdən bizi ayırsalar… Anam tez iki setkaya stolun üstündəkilərdən bir az yığdı və dedi, yolda yeyin… Tələsik həyətə düşdük. Maşın gözləyirdi. Atamın erməni dostu maşındakı Hendoydu . Beləcə dəmir yolu vağzalına gəldik,Tiflisə, sonra da təyyarə ilə Bakıya. Bir daha o evimizə, qayıtmadıq… Ağlım kəsəndən sonra anamdan o hadisəni soruşanda danışdı ki, ermənilər hər bayram azərbaycanlıları qətlə yetirirdilər. Xüsusi ilə ailənin yeganə oğul övladlarını öldürürdülər.Həmin gün də azərbaycanlılara hücumlar olubmuş.Atamın çox yaxın dostunun yeganə oğlunun ermənilər başını kəsib təndirə atıblarmış…Cibimizdəki yazını xəbər alanda, dedi ki, orada adınız, kimin övladları olduğu yazılmışdı… o da yadımdadı ki, hər həyətə düşəndə sinəmizdən itələnərdik, erməni uşaqlar bizə,turki laqodları, deyərdilər… Yenə bu səhər,o günü yaşadım, unuda bilmirəm! Düşmənimiz olan erməninin etdiklərini heç bir vaxt unutmamalıyıq!

Bayramımız  mübarək, ocaqlarımız gur yansın!!!  İrəvanda görüşmək arzsu ilə!!!

 

Mətanət Əsgərqızı

YeniZamantv.az

 

Paylaşın:

Digər yazılar