22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Şəhid ailələri və qazilər Şamaxıda

 Şəhid ailələri və qazilər Şamaxıda

 “Müharibə iştirakçılarına psixoloji dəstəyin göstərilməsi – gəzintilərin təşkili” layihəsi Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

“Qadın və Cəmiyyət”  Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri, Layihə rəhbəri Şəbnəm Rəfaelqızının YeniZamantv.az-a verdiyi xəbərə görə təşkilat  əslində  həssas qruplarla  fəaliyyətini bütün il boyu  qurur.

 

 

Layihə rəhbəri Şəbnəm Rəfaelqızı qeyd edib ki, Şamaxı rayonuna səyahətdə  şəhid ailələri  və  qazilər iştirak edib. Ziyarət əvvəlcə Türk şəhidliyindən başlayıb. Şəhid Mahmud İbrahimovun atası Azər İbrahimov əsrin əvvəlində erməni –daşnak birləşmələrinin xalqımıza qarşı apardıqları qanlı hadisələrdən danışıb. Şəhid olan türk əsgərlərini xalqımızın hər zaman minnətdarlıq hissləri ilə  yad etdiyini qeyd edib.

 

                                           

 

Daha sonra rayonda  iki Vətən Müharibəsi şəhidinin abidə  kompleksi ziyarət edilib.

Astrofizika Rəsədxanasında eksponatlarlarla  tanışlıq böyük  maraq doğrub.

Layihə rəhbəri Şəbnəm Rəfaelqızı qeyd edib ki, Astrofizika Rəsədxanasının rəhbərliyinə şəhid ailələri və qazilərin  orada ekponatlarla tanışlığına şərait yaratdığına görə minnətdarlığını bildirir.

 

 

Şamaxının ən qədim məskəni olan Dəmirçi kəndi özündə indi də milliliyi saxlayıb.

 

 

Səfərdə iştirak edən QHT rəhbərləri Mətanət Əsgərqızı, Səbinə Kərimova  həssas qruplarla söhbətlər aparıb.

         

Səyahətdə yemək və iki dəfə çay süfrəsi düzənlənib. Daha sonra səfərdə çəkilən video və fotolar həssas qruplara hədiyyə ediləcək.

 

               

 

 

Paylaşın:

Digər yazılar