23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İranın anti-Azərbaycan hərəkətlərinə ermənilərdən DƏSTƏK: “Bakını cilovlamaq lazımdır”

 İranın anti-Azərbaycan hərəkətlərinə ermənilərdən DƏSTƏK: “Bakını cilovlamaq lazımdır”

“İran ordusunun Azərbaycanla sərhədlər yaxınlığında, istər təlimlər, istərsə də döyüş hazırlığının qəfil yoxlanılması formasında fəaliyyəti bir məqsədə xidmət edir – Bakını cilovlamaq”.

YeniZamantv.az Turkustan.az-a istinadən  xəbər verir ki, bu sözləri “Sputnik Ermənistan”-a şərhində politoloq, müdafiə siyasəti sahəsində ekspert David Arutyunov iranlı generalın Ermənistan və Azərbaycanla həmsərhəd ərazilərə səfəri barədə danışarkən deyib.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı Sərdar Məhəmməd Pakpur Ermənistan və Azərbaycan sərhədləri yaxınlığında dislokasiya olunmuş bölmələrə baş çəkib. General hava və digər şəraitdən asılı olmayaraq daim hazır vəziyyətdə olmağın zəruriliyini bəyan edib.

Arutyunovun sözlərinə görə, Tehran hər dəfə Azərbaycandan Ermənistana qarşı hücum təhlükəsi hiss edəndə hərbi təzyiq taktikasına əl atır. Bu baxımdan erməni ekspert İrana məxsus hərbi təyyarənin Azərbaycanın sərhədlərində son uçuşunu simptomatik hesab edir: “Aydındır ki, İranın Ermənistan tərəfdən müdaxiləsi Türkiyə və ABŞ-ın reaksiyasına səbəb olacaq. Amerikanın müxtəlif çaplı rəsmiləri “İran təhlükəsi” kontekstində dəfələrlə Azərbaycanla həmrəy olduqlarını bildiriblər. Sonuncu belə jesti dövlət katibi Entoni Blinkenin bu yaxınlarda verdiyi açıqlama hesab etmək olar. Sonuncu konqresdə keçirilən dinləmələrdə senator Bob Menendezin Azərbaycana hərbi yardımın səbəbləri ilə bağlı sualını cavablandırarkən bildirib ki, bu yardım digər məsələlərlə yanaşı, onun İranla uzun sərhədini qorumaq üçün verilir”.

Erməni politoloqun fikrincə, Qərbin İrana qarşı atdığı istənilən addım Ermənistanın maraqlarına ziddir: “Bütün qlobal və ya regional oyunçulardan Ermənistana ən fəal diplomatik, bəzi yerlərdə isə hərbi-siyasi dəstək verən İrandır. Azərbaycan isə ötən ilin sentyabr eskalasiyasından nümunə götürərək Ermənistana qarşı yeni təcavüzü planlaşdırarkən İranın mövqeyini diqqətdən kənarda qoya bilməyəcək”.

Arutyunov hesab edir ki, “İran əsasən qeyri-müəyyənlik mühiti yaradır və saxlayır, bununla da siyasi rəqiblərini daim gərginlikdə saxlayır. Bu taktika Tehranın təsir rıçaqlarının effektivliyini artırır”.

Eltac/Turkustan.az

Paylaşın:

Digər yazılar