23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“ Vətənpərvər Maarifçi Gənclər “ layihənin icrasını davam etdirir

 “ Vətənpərvər Maarifçi Gənclər “ layihənin icrasını davam etdirir

 YeniZamantv.az xəbər verir ki, “ Vətənpərvər Maarifçi Gənclər “ ictimai birliyi Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə iştirakçılarının asudə vaxtlarının təşkili istiqamətində gəzintilər və məktəblilərlə  görüşlər”  layihəsini həyata keçirir.

 Layihənin növbəti tədbiri Şuşa 1 nömrəli məktəbdə keçirildi. Şagirdlərlə  görüşə Vətən Müharibəsi iştirakçıları Murad Həmidov və Rasim Şahməmmədov dəvət olumuşdular.

Layihə  rəhbəri Aysunay Həsənova qonaqları və layihənin heyəti təqdim etdi.

O, qeyd etdi ki,layihənin məqsədi  müharibə iştirakçılarının asudə vaxtını təşkil etməklə, onları cəmiyyətə həm tanıtmaq, təbliğ etmək, həm də məktəblilərə vətən yolunda fədakarlıq göstərənləri nümunə göstərməkdir.

Müharibəsi iştirakçıları Murad Həmidov və Rasim Şahməmmədov onlara göstərilən dövlət qayğısından,verilən imtiyazlardan söz açdılar. Xüsusi vurğuladılar ki, elə bu görüşün özü də vətənpərvərliyin təbliğində böyük rol oynayır. Gənc nəsil də görür ki, onlar unudulmayıblar.

Daha sonra şagirdlərdən  Nilgün Əliyeva, Fərəh Hüseynli, Firudin Rüstəmov,Hüseyn Abbasov,Seymur Xuduzadə, Uğur Əsgərzadə,Aydan Vəkilova  Vətən Müharibəsi iştirakçıları Murad Həmidov və Rasim Şahməmmədova onları maraqlandıran suallarla müraciət etdilər. Ən maraqlı anlardan biri də şagirdlərin müharibədə iştirak edən  öz doğmaları haqqında danışdıqları idi. Kədərli, sevincli anlar yaşanırdı. Çünki Vətən Müharibəsi iştirakçıları cəbhədaşlarını, şagirdlər isə şəhid olan doğmalarını xatırlayırdılar.

Bu görüşdən hər kəs razı idi. Məktəblilər xahiş etdilər ki, bu məktəbdə belə görüşlər çox keçirilsin.

Tədbirin sonunda şirniyyat və çay süfrəsi ətrafında  söhbətlər davam etdirildi.

 

Paylaşın:

Digər yazılar