20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

ABŞ Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirdi

 ABŞ Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirdi

“Biz aprelin 11-də Ermənistan və Azərbaycan qoşunları arasında bir neçə itki ilə nəticələnən qanlı toqquşmadan təəssüflənirik”.

YeniZamantv.az xəbər verir ki, bu fikirlər ABŞ Dövlət Departamentinin Ermənistanın aprelin 11-də Azərbaycanla şərti dövlət sərhədində törətdiyi təxribatla bağlı yaydığı açıqlamada əksini tapıb.

Dövlət Departamenti həlak olanların ailələrinə başsağlığı verib və yaralananlara şəfa diləyib: “Münaqişənin hərbi yolla həlli ola bilməz və mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir. Davamlı sülhün yeganə yolu danışıqlar masası arxasındadır. Gücdən istifadə isə buna mane olur”.
Qeyd edək ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu – Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Paylaşın:

Digər yazılar