19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Məktəbdə layihənin son tədbiri keçirildi

 Məktəbdə layihənin son tədbiri  keçirildi

          “ Vətənpərvər Maarifçi Gənclər “ ictimai birliyi Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə iştirakçılarının asudə vaxtlarının təşkili istiqamətində gəzintilər və məktəblilərlə  görüşlər” layihəsinin icrasının məktəbdə son tədbiri  keçirildi.

Kürdəxanı qəsəbəsindəki  Şuşa 7 nömrəli məktəbdə “ Vətənpərvər Maarifçi Gənclər “ ictimai birliyinin sədri, layihə rəhbəri Aysunay Həsənova tədbiri şəhidlərimizi bir dəqiq sükutla yad etməklə başladı. Layihə barədə geniş  məlumat verdi.

Layihə rəhbəri Aysunay Həsənova qonaqları, qazilərimizi təqdim etdi. Qazi Fuad Xudiyev, Xəlifə Rəcəbov, Nail Həsənov  dəvətə görə minnətdarlıqlarını bildirdilər.  Şagirdlərin suallarına cavab verərək, cəbhədəki qəhrəmanlıqlardan danışdılar. Layihə rəhbərinin köməkçisi Mətanət Cəfərova  şagirdlərin doğmalarından kimlərin vətən savaşında iştirakından sual verdi. Onlar bu suala iftixarla cavab verərək, böyüyəndə vətəni qoruyacaqlarını , hərbçi olacaqları arzularını bildirdilər.

təşkilinə görə  minnətdarlıq bildirdilər.

Layihə rəhbəri Aysunay Həsənova bu layihəni dəstəklədiyinə görə QHT-lərə  Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi.

Tədbirdə iştirak edən Şuşa 7 nömrəli məktəbin direktoru  Elçin Dadaşov layihə icraçılarına uğurlar diləyərək, bu məktəbi seçdiklərinə görə minnətdarlığını bildirdi.

Foto-video çəkildi, iştirakçı siyashıları tərib olundu və şirniyyat , çay süfrəsi ətrafında  söhbətlər davam etdirildi.

 

           

           

Paylaşın:

Digər yazılar