23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT şəhid ailələri və qaziləri Masallıya apardı

 QHT şəhid ailələri və qaziləri  Masallıya apardı

          “ Vətənpərvər Maarifçi Gənclər “ ictimai birliyinin  Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Müharibə iştirakçılarının asudə vaxtlarının təşkili istiqamətində gəzintilər və məktəblilərlə  görüşlər” layihəsi çərçivəsində qazilər Masallıda oldular.

 

Layihə rəhbəri Aysunay Həsənovanın YeniZamantv.az-a verdiyi xəbərə görə səhər tezdən xüsusi avtobusla 25 nəfərdən ibarət şəhid ailələri  və qazilər qrupu Masallı rayonuna yola düşüb. Masallı səyahətində  səhər yeməyi, çay süfrəsi verilib.

 

Daha sonra qrup Masallıya  gələrək şəhid komplekslərini ziyarət ediblər. Şəlalə, İstisu istirahət məkanlarında olublar. Maraqlı gün keçirən şəhid ailələri bu səfərin təşkilinə görə QHT-lərə  Dövlət Dəstəyi Agentliyinə, layihə rəhbəri Aysunay Həsənovaya minnətdarlıqlarını bildirdilər.

Şəhid Ailələri adından şıxış edən Maral Qocaman maraqlı bir günü onlara hədiyyə edən insanlara  minnətdarlıq bildirib. Daha sonra layihə rəhbərinin köməkçisi Mətanət Cəfərova  qeyd etdi ki, QHT-lərə  Dövlət Dəstəyi Agentliyinin elan etdiyi layihələrdə mütləq belə tədbirlərin keçirilməsi  nəzərdə tutulur. Burada bir-birini tanımayan insanlar var. Amma onları bir-birinə bağlayan  müharibədir.Orada dostlarını itirənlər bir neçə saat ərzində istirahətə gəlsələr də  onların qəhrəmanlığından, danışaraq, xatırladılar.

Səfər zamanı günorta yeməyi  maraqlı məkanda təşkil olunmuşdu. Layihə icraçıları hər addımı atmışdılar ki, həssas qruplar istirahət etsinlər. Psixoloqların dediyinə görə  müharibə görmüş, stresslər yaşamış insasnlar mütləq təbiət qoynunda olmalıdılar.

Gözəl məkanları olan Masallıda  səfər iştirakçıları gölün ətrafında dincəldilər. Digər tədbirlərdə də isti ortamda olduğu kimi  şiriniyyat və çay süfrəsi ətrafında gedən söhbətlər maraqlı idi. Yenə bütün danışıqların əsasını qəhrəmanlarımız, Müzəffər Azərbaycan ordusu təşkil edirdi.

Beləliklə, dövlətin müharibə iştirakçılarının  asudə vaxtının həllində apardığı işlərin, qayğısının ictimai rəydə yüksəldilməsinə, görüşlər də müharibə iştirakçılarına çox faydalı oldu.

Səfərdə foto-video çəkildi, iştirakçı siyashıları tərtib olundu .

Beləliklə, bir gözəl gün yaşayan həssas qruplar, xüsusi ilə “Azərsu” ASC-nın əməkdaşları Bakıya yeni duyğularla döndülər. O duyğularda vətənimiz Azərbaycanın hər zaman uca olması vardı!

           

     

 

Paylaşın:

Digər yazılar