20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Polis” və “jurnalist” arzularının ardınca… – Fotolar

 “Polis” və “jurnalist” arzularının ardınca… – Fotolar

Ötən ay “Qafqazinfo”da yayımlanan “Təhsildən 130 kilometr uzaqda… – Bu kənddə ali savadlı yoxdur” başlıqlı videoreportaj cəmiyyətdə böyük marağa səbəb olmuş, həssas məqamlarla yadda qalmışdı.

Həssas məqamlar biri  isə məktəbi olmayan Qazbabalı kəndində ev şəraitində dərs keçən Coşqun Eldaroğlunun şagirdlərindən ikisi – Hüseynlə Fatimənin gələcəklə bağlı arzuları idi. Belə ki, Hüseyn həmin reportajda polis oımaqla bağlı arzusunu dilə gətirmiş, Fatimə isə jurnalist olmaq istəyini bildirmişdi.

Bu gün Qazbabalıya həmin arzuların ardınca getdik. Budəfəki qonaqlar isə Bakı Dövlət Universitetnin professoru, qocaman jurnalist Cahangir Məmmədli, Qafqazinfo saytının baş direktoru Elbrus Ərud, tanınmış jurnalist Niyaz Niftiyev və Şabran Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Nahid Ələsgərov idi.

Şagirdlərlə salamlaşan Cahangir Məmmədli görüş zamanı onlarla öz təcrübəsini bölüşdü. Bundan başqa, professor Fatiməyə Jurnalistika Nazəriyyəsi və Təcrübəsi dərsliyini və Bakı Dövlət Universiteti kitabını hədiyyə etdi. Nahid Ələsgərov isə gələcəkdə polis olmaq istəyən Hüseynə hədiyyələrini təqdim edərək, Daxili İşlər Nazirliyi rəhbərliyinin salamlarını çatdırdı və ona bu arzunu gerçəkləşdirmək yolunda uğurlar arzuladı.

Görüşdə tezliklə bu kənddə məktəbin tikiləcəyi ilə bağlı inam vurğulandı, digər şagirdlərə də hədiyyələr təqdim olundu və onların savadlı olmasının Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirildi.

Emin Səfəro

                      

 

 

 

Paylaşın:

Digər yazılar