23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Humanizm prinsiplərini özündə ehtiva edən bu sərəncam müstəqillik tariximizin ən böyük əfv aktıdır” – Samir Adıgözəlli

 “Humanizm prinsiplərini özündə ehtiva edən bu sərəncam müstəqillik tariximizin ən böyük əfv aktıdır” – Samir Adıgözəlli

Məlum olduğu kimi, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv sərəncamı imzalayıb.

 

Qeyd edək ki, bu, müstəqil Azərbaycan tarixində ən böyük əfv aktıdır. Sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

 

Qeyd edilənə görə, Prezident İlham Əliyevin mayın 8-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamın icrası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya xidmətində başa çatıb. Belə ki, Probasiya xidmətindən Bakı şəhəri üzrə şərti olaraq məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və azadlığı məhdudlaşdırılan 28 nəfər cəzasından azad edilib. Onlardan 1 nəfər yetkinlik yaşına çatmamış, 1 nəfər isə əcnəbi vətəndaşdır.

 

 

İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ölkə başçısının imzaladığı bu əfv sərəncamı hümanizm prinsiplərinin aliliyini özündə ehtiva edir. “Humanizm prinsiplərini özündə ehtiva edən bu sərəncam müstəqillik tariximizin ən böyük əfv aktıdır. Bu sərəncam 800-dən artıq şəxsə şamil edilib ki, onlar müxtəlif maddələr üzrə cəza çəkirdilər. Onu da qeyd edim ki, məhz müstəqillik tariximizdə Azərbaycanda hüququn aliliyini, humanizm prinsiplərini rəhbər tutaraq bu istiqamətdə ulu öndər Heydər Əliyev ilk addımları atmışdı və əfv sərəncamları imzalamışdı. Onu da unutmayaq ki, Azərbaycanda ölüm hökmünün ləğv edilməsi barədə qərarı da ulu öndər qəbul edib. Bu tarixdir və bunu dilə gətirməliyik…

 

Bu gün Prezident İlham Əliyev tərəfindən belə bir sərəncam imzalanması təqdirəlayiq haldır və bunun çox böyük ictimai-siyasi, tarixi əhəmiyyəti var. Bu əfv aktı ictmaiyyət tərəfindən çox müsbət qarşılanıb, anaların, bacıların, körpələrin sevinci dünya boyda olub. Bu gün 800-dən artıq evdə Prezidentin bu sərəncamı minnətdarlıqla qarşılanır”.

 

S.Adıgözəlli qeyd etdi ki, müasir hüququn prinsiplərini rəhbər tutaraq ictimai təhlükəli cinayətləri olmayan şəxslərin əfv edilərək yenidən ictimaiyyətə qazandırılması müsbət haldır. O qeyd etdi ki, Sərəncamla əfv edilən şəxslər normal həyata tezliklə adaptasiya olunacaq, ictimai məsuliyyətini dərk edərək ailəsinə, dövlətinə faydalı olmağa çalışacaq. “İnanırıq ki, əfv olunan insanların sırasında cəmiyyətə, dövlətə daha çox faydalı olmağa çalışan insanlar az deyil və onların gələcəkdə hər hansı bir xətaya yol verməyəcəklərini düşünürük. Bu hümanist sərəncam dövlət başçısının Azərbaycan vətəndaşına verdiyi dəyərin nümunələrindən biridir, bu sərəncam yüksək qiymətləndirilir. Bu insanların çoxu cəmiyyətə yararlıdır, öz səhvlərindən nəticə çıxarıb bu tarixi sərəncamı yüksək dəyərləndirəcəklər. Bu onların həyatında dönüş nöqtəsi oldu”.

 

S.Adıgözəlli qeyd etdi ki, müstəqillik tariximizdə çoxlu əfvlər olub, sonuncu əfv sərəncamı isə çox əlamətdar tarixi hadisə ilə bağlı olduğu üçün daha çox insanı əhatə edir.

 

İradə SARIYEVA

Paylaşın:

Digər yazılar