YeniZamantv.az Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızının yazısını təqdim edir:
Hər şey bu yazıdan başladı.
Deyirəm görəsən Türkiyəyə gedəndə Agentlik tərəfindən verilən layihə nəticəsində açılan sayt rəhbərləri niyə yada düşmür.Yenə kiminsə dostu, o birinin tanışı jurnalist adı ilə moddadı.Hərdən düşünün ki, dövlət məqam verməyib , öz ətrafınızı barındırasız.Maraqlıdır, siyahılar tutulanda kiminlə razılaşdırılır? Başqaları da haqqımızı yeyir, siz də… Dostlarım inciməsin, hər kəs öz, payını götürsün!
Bu gün status paylaşdım. Əslində aylardan bəri narazılıq edən QHT rəhbərlərinin fikirləri idi. Etirazım səfərdə olan dostlarım jurnalist- QHT- lərə deyildi.Etirazım QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, şəxsən xanım Aygün Əliyevaya idi.Dövlət maraqlarını şəxsi maraqlara qurban verənlərə qarşı hər zaman mübarizə apardım.Çox vaxt meydanda tək də qaldım.Bu gün heç yazımın bəzi şəxslərə aidiyyəti olmadığı halda başladılar ayı xidməti göstərməyə.Məni təhqir etməyə. Olsun.Kimlərinsə çörəyi bundan çıxır.Qınamıram. Yoxsa hər məclisdə başda olmazlar.Bir daha deyirəm, qınağın ünvanı Agentlik, xanım Aygün Əliyevadır. Bir il Agentliyin, şəxsən Aygün Əliyevanın fəaliyyətini izləyirəm.Daha çox sözünü deyən, ölkəyə töhfə verən QHT rəhbərlərinə qarşı elə oyunlar başladı ki, düşünürdülər kimlərisə hədəfləyirlər biz də daşlayarıq… Amma hesablamada yanıldı.Ömrümüzü bu dövlətin yolunda ailəlikcə qoyduq. Dövlətimizin, cənab Prezidentin hər zaman yanında, arxasında əsgəri olduq. Tutaq ki, bizə ikinci sort QHT kimi baxmaq, günlərlə Xankəndi- Laçın yolunda mərd, soyuqda qalmağı özümüzə borc bildiyimiz halda, xanım Əliyevanın tapşırığı ilə növbətçiliyə bir neçə saatlıq gələn xüsusi, gözəllik salonundan bəzək- düzəkli gətirilən QHT rəhbərlərini video- çarxa, filmə çəkdirmək heç də xoşa gələn deyildi. Amma yenə Vətən üçün görəvimizi davam etdirdik.Daha çox QHT- nin cəhrə arvadlarını ətrafına toplayıb, hər addımda bizi qısnamaq da məqsədə çevrilib.İki dəfə Agentlikdə jurnalistlərlə görüş keçirildi.Yaddan çıxdıq.İndi də Türkiyə səfərində unudulduq.Son layihə Agentlik tərəfindən dəstəklənən saytın yaradıldığı, illərin jurnalisti, QHT sədri olmağım, eyni zamanda neçə saytın bu xəttlə yaradıldığı,onların rəhbərlərinin sayılmaması da göz önündədir.Hər tədbirdə, tez- tez görüşərək cəhrə arvadların sifarişi, ürəkləri bulandıran söhbətləri ilə bizə qarşı münasibətin də dəyişməsi xoşa gəlmir. Bu yanaşma təkcə mənə qarşı deyil.Həqiqi QHT- ləri kölgədə qoymaq cəhdidir.Hər şeyin sonu olur. Bu gün yazdığım statusda baş verənlərin ondan biridini qeyd etdim.Artıq Agentlikdə xanım Aygün Əliyevanın yaratdığı komandaşlamaya son qoyulmalıdır.Xanım Aygün Əliyeva, Mətanət Əsgərqızı ilə dost olanlar, ondan kömək istəyənlər, ətrafındakılarda inkişaf olacaq.Yerlərində qalıb çürümək yox! Belə yanaşma ayrı- seçkilikdir.Bir rəhbərin yanaşması belə olmamalıdır. Ümid edirəm Agentliyin Müşahidə Şurası da bu məsələlərə münasibət bildirəcək!
#QHTlərəDövlətDəstəyiAgentliyininMüşahidəŞurası
Bəli, bu yazıdan sonra ölkədə aparıcı QHT-lərin narazılıq yer alan yazılarının şahidi olduq. Onları sizə təqdim edirəm:
“Həsrət Yolu” Əsir və Girovlara Kömək ictimai birliyinin sədri Esmira Orucova
AMAN ALLAH! Agentlik yaranandan sonra vətəndaş cəmiyyəti nə günə qaldı? Kimlərsə məqsədyönlü şəkildə VC-i məhvə aparır. Bu qədər haqsızlıqmı olar? Hər yerdə eyni simalar, eyni adamlar, nə məramları, nə gördükləri iş məlum olmayanlar! Dövlətinə, millətinə sədaqətlə xidmət edən QHT sədrləri qalıb bir kənarda, mövqesizlər, gah müxalifət, gah iqtidar olarlar yuxarı başda… Kimsəni sosial şəbəkədə öz fikrini ifadə etməyə də imkan vermirlər. O dəqiqə tökülürlər həmin adamın üstünə. Arxalarında kimin durduğu da zatən bəllidir. O adam heç vaxt özündə cəsarət tapıb, öz adı ilə fikrini bildirən deyil ki… 20 ildən artıqdır ki, tanıdığım o adam həmişə ətrafındakı qulbeçələri təlimatlandırıb ortaya atmaqla məşğuldur. Öz adından mövqe bildirmək cəsarət istəyir. Öz fikrini bildirmək məgər qəbahətdir?! Qadına qarşı bu etikadan kənar münasibət, bu etikadan kənar sözlər QHT sədrlərinə yaraşarmı? Başa düşürük, yarınmaq istəyirlər, düz söz deyənin səsini boğmaq istəyirlər. Ancaq bu formada olmaz! Bilirik kimlərin tapşırığı ilə. Bu dəst-xətt mənə çox tanışdır. İllər keçsə də, dəst-xətt elə həminkidir… Agentliyin Müşahidə Şurasının üzvləri hara baxırlar? Bəlkə, QHT-lərin biri-birlərinə etikadan kənar münasibət sərgiləməkləri ilə bağlı MM-də olduğu kimi bir etika komissiyası təsis edib, bəzilərini cəzalnadırıb, onlara qarşı sanksiya tətbiq etsinlər ki, davranışlarına diqqət yetirsinlər. Görürəm, Agentliyin icraçı direktorunun belə məsələlərə diqqət yetirməyə səfərlərdən vaxt tapa bilmir.
Əlilliyi Olan Şəxslərin Müdafiəsinə və İnteqrasiyasına Dəstək ictimai birliyinin sədri Səbinə Kərimova
Biz susduqca elə bil qəsdən narazıcılıq yaratmaqda davam edirlər. Biz illərdir təmənnasız xidmət göstəririk. Dünən ki, papanın gül balaları meydanı boş görüb at oynadır. QHT-lər Türkiyəyə səfərə göndərilib mən burda yazıram ay həmkarlarım sizdən kim Türkiyəyə dəvət alıb? Gedenlər kimlərdir?
Bizi qarşı-qarşıya qoymaq ölkəmizin sabitliyini pozmaqdır. Mən bu işin araşdırılmasını tələb edirəm.
Səbinə Kərimova haqlı narazılıqlarımıza görə ədalətin yanında deyil, kiməsə xidmətə görə bizi qınayanlara da tutarlı cavab verdi:
Necə olur Şuşa layihəsi sizə verilmiyəndə biz sizi dəstəklədik. Sizə gorə ozumuzu pis etdik. Indi siz Turkiyədəsiz deyə biz burada olan QHT- lər səhvik? Necə olur Turkiyədən 50 QHT gəlir Azərbaycana burada gorus təskil olunur. Ancaq buradan 2 QHT gedir ora. Turkiye QHT- ləri ilə bir- bir danisdiq. Onlarin hamisi QHT idi, jurnalist deyildi. Bizdən isə ancaq jurnalistlər gedir ora. Agentlik nə vaxtdan prezident aparatina cevirilib? Niyə QHT- lər kənarlasdirilir? Gah gənclər yigilib aparilir QHT adi ilə, gah jurnalistlər. Bu qurumun bir adi var QHT- lərə Dövlət Dəstəyi Agentliyi. Hani dəstək? QHT- lərin qorxudan səsi cixmir ki,birdən layihə verməzlər onlara. Hara baxir dövlət? Buna diskriminasiya deyirlər.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi qurumun adı belədir. Yəni bu Agentlik QHT-lərə dəstək üçün yaradıĺıb. QHT-lərin inkişafı,onlar üçün hər tərəfli dəstək üçün. Son zamanlar nə görürük? Ya gənclər dönür QHT olur,ya jurnalistlər dönür QHT olur. QHT -lər isə qorxudan səsini çixara bilmir ki, birdən bizə layihə verməzlər. Bizə hec kim cibindən pul vermir. Heç kim dədəsinin pulunu vermir. Biz əziyyət cəkib işləyib pulumuzu alırıq. Nədən qorxursuz? Buna görə niyə özunuzu əzdirməyə şərait yaradırsız. Siz susduqca yox olursuz. Bu gün olanlara göz yumursuz,Siz necə haqqdan-ədalətdən danışa bilərsiz? Bu gun 2 manat pula görə nələrəsə göz yumanlar,sabah nələrə göz yumar. Siz necə kimlərinsə haqqını qoruya bilərsiz? Məsələ tək Turkiyə deyil,son zamanlar yaşanan prosseslər onu göstərir ki, ölkədə QHT- lər sıxışdırılır və narazı kütlə formalaşdırılır. Bunun səbəbi nədir?
QHT- ləri Turkiyədə səfərdədir deyirlər. Ancaq QHT adi ilə səfərə jurnalistər aparilib.
Hər ay ora gedən jurnalistleri niyə Turkiyəyə aparirlar? Bəs QHT necə inksaf etsin? Xarici donorlara yolumuzu baglayiblar,səfərlərə bizləri qoymurlar,Sual verirəm əlaqələri necə quraq? QHT qalir kənarda jurnalistlər həm QHT olur,həm media olur. Bu olkədə bu sistemi ayiran qurumlar hara baxir? Niyə jurnalistə icazə verilir QHT yaratsin? Onlar ucun Media İnkisaf Agentliyi var. Niyə hər kəs bizə şərikdir? Gənclər,jurnalistlər. Ozləri bir is gormur,bizə də isləməyə şərait yaradilmir.Daha susan deyiləm!!!
Media Araşdırmaları və Monitorinq Mərkəzinin sədri Zaur Qəriboğlu
İndi də ləğv olunan, siyasi partiyalar QHT olur… məsələ odur da. Siyasətdə uğursuzlara qht açıb, onlara verilən qərargahları saxlamaq istəyirlər. Hansı ki, illərdi bu sahədə çalışan adamların qərargahları yoxdu.Bu ləğv olunan partiyaları kim tanıyır, kimə lazım idilər?!
Konkret al-verçilərdir. Makler.
20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin olunması ictimai birliyinin sədri Maral Qocaman
İllərdi özünü Vətənə fəda edən insanlar var. QHT-lər var, işləri kölgədə. İki gün bundan əvvəl yarananlar öndə. Cünki yaxşı reklamları var. Bizdə hər iş şoudur.
Kiməsə desən real bu millət ücün neyləmisən, ancaq boş- boş sözlər deyəcək. Bu gun budur reallıq. Sizin nə işinizə,nə statusunuza, nə də yaşınıza hörmət etməyib burda haqqı yazdıgınıza görə qaralayacaqlar…Agentlik ciddi yanaşmalıdır bu hallara.
Dialoq və İnkişaf Naminə ictimai birliyinin sədri Çingiz Bayramov
Demək.ki, biriləri bizim də ictimai həyatda aktiv olmamızı istəmir. O zaman bizə də düşər bu sektoru ya tərk etmək, ya da mübarizə aparmaq! QHT – lərin hökumət qarşısında hüquqlarını müdafiə edəcək yeni bir QHT Forumuna ehtiyac var.
P.S. Vətəndaş Cəmiyyəti ətrafında çox pis proseslər gedir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru Aygün Əliyeva bizə dəstək olmaqdansa, özünə xüsusi “QHT”-lərdən ibarət komanda yaradıb. Agentlikdə qəbuluna getmək istəyənlər resepşndakı xanımlar vasitəsi ilə yalnız günlər əvvəl qəbula yazılmalıdır. Xanım Aygün Əliyeva ötən ildən xarici ölkələrə səfərlər edərək guya qabaqcıl təcrübələri öyrənirsə hanı özü ilə apardığı QHT-lər??? Axı o təcrübən məhz biz QHT-lər həyata keçirməliyik. Xanım Aygün Əliyeva bilsin ki, QHT sektoru Binəqədi icra hakimiyyətinə bənzəmir. Biz uzun müddətdir baş verənlərə dözdük. Göz yumduq. Elə məsələlər var ki, yenə burada yazmırıq. Sadəcə sağlam tənqidlərə dözümlülük göstərilməlidir. Bir də onu da anlamalıdır ki, yazımıza görə bizi təhqir edən səfərdəki insanlar ötən il layihələri keçməyəndə Agentliyi də, Aygün Əliyevanı da topa tutmuşdular. Böyük Dayaq filmində bir epizod var. Aygün xanım da düşünsün ki, ətrafına topladığı, dəstə insanlar kimlərdir.
Bir də heç kim də layihə və qrant məsələsini bizə eşitdirməsin! Dövlətimizə və hər zaman arxamızda olan cənab Prezidentə hər addımda güvənirik!!!