20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin birgə tədbiri-“Heydər Əliyev İli” çərçivəsində

 Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin birgə tədbiri-“Heydər Əliyev İli” çərçivəsində
“Heydər Əliyev İli” çərçivəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin birgə fəaliyyət planına uyğun olaraq Hüquq fakültəsində Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev humanizm siyasətinin banisidir“ adlı tədbir keçirilmişdir.
Hüquq fakültəsinin dekanı Zaur Əliyevin, Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitovanın, Azərbaycan Respublikası Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyevin, Hüquq fakültəsinin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbirdə ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, hüquqi-demokratik dövlət quruculuğunda, mütərəqqi humanist islahatların aparılmasında
Ulu Öndərin çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edilmişdir.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin siyasətinin başlıca əsaslarından biri kimi humanizm ənənələrinin təməlinin qoyulmasından, əfvetmə və amnistiya institutlarının təşəkkül tapmasından, ölüm cəzasının tətbiqinə moratorium qoyulmasından bəhs etmişdir. Dekan Ədliyyə Nazirliyi ilə birgə Heydər Əliyev İli çərçivəsində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır.
Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycanın tarixində qəbul edilmiş ən böyük əfv aktı olan “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının nəticəsində 801 nəfərin əfv olunması, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilməsinin əhəmiyyətini tələbələrin diqqətinə çatdırmışdır.
Azərbaycan Respublikası Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev əfv institunun əhəmiyyəti, əfv prosesinin həyata keçirilməsi qaydası, əfv edilən şəxsin sosial həyata adaptasiyası, vaxtından əvvəl şərti azad etmə institunun önəmi barədə məlumat vermişdir. Tədbirin sonunda tələbələrin çoxsaylı sualları cavablandırılmışdır
.     
Paylaşın:

Digər yazılar