10.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Düşünülmüş siyasət həm də tarixdən ibrət dərsi götürməkdir

 Düşünülmüş siyasət həm də tarixdən ibrət dərsi götürməkdir

YeniZamantv.az Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirlinin öz şəxsi sosial hesabında payla.dığı yazını təqdim edir:

“Mütəmadi olaraq Rusiyanın Ukraynadakı itkiləri haqqında statistika ilə tanış oluruq. Son məlumatlara görə, Rusiyanın Ukraynadakı itkiləri 197 mini ötüb. Görəsən, 150 milyona yaxın ölkə əhalisi, ümumilikdə rus elitası bunun hesabını öz rəhbərliyindən soruşurmu. Hələki sərxoş olmayan, hadisələri analiz edən, intellektli rus cəmiyyətinin nümayəndələri Putindən soruşurmu ki, sənin Ukrayna ərazisində nə işin var? Niyə biz Ukrayna ərazisində həlak olmalıyıq? Təbii ki, zaman gələcək bu suallar ünvanına veriləcək. Görünür o vaxta qədər belə statistik rəqəmlər tez-tez qarşımıza çıxacaq.  Dərindən təhlil edəndə bu qənaətə gəlmək olar ki, Rusiya imperiyasının idaəetmə fəlsəfəsində, mahiyyətində sivil dünya ilə uyğun gəlməyən iddialar durur: Məhz bu məkrli iddialardır ki, Qarabağda, Osetyada, Abxaziyada və digər məkanlarda separtizmin dirçəlməsi nəticəsində uzun illərdir ki, münaqişə ocağı yaranmışdı. Alovlanan bu ocaqlar bir təzyiq, təhdid vasitəsinə çevrilmişdi. Təəssüf ki, bu gündə bu proses davam edir. Amma bu gün dünyada və regionda vəziyyət dəyişib. Xeyirlə şərin mübarizəsində ədalətin qalib gəlməsi üçün çox tarixi şanslar yaranır. Nəhayət dünyanın ədalət tərəzisinin bərqərar olacağı gün kimi aydındır. Yəqin gələcəkdə Rusiyanı idarə edəcək siyasi elita öz sələflərinin tarixi səhvlərindən nəticə çıxaracaqlar. Düşünülmüş siyasət həm də tarixdən ibrət dərsi götürməkdir. Öz keçmişindən ibrət dərsi götürməyənlərə isə həbsxana qucaq açacaq”.

Paylaşın:

Digər yazılar