Agentlik kimlərinsə şəxsi malı, şirkəti və ya hansısa MMC deyil-Qalmaqal
YeniZamantv.az günlərlə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru Aygün Əliyeva ətrafında cərəyan edən qalmaqalla bağlı yazılar dərc edir. Növbəti maraqlı bir yazı Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi sədri Emil Maqalovdan gəldi.
Agentlik kimlərinsə şəxsi malı, şirkəti və ya hansısa MMC i deyil. Bu dövlət qurumudur. Dövlətin isə YİYƏSİ var.
Kimlər ki, göydən düşşdüyünü sanıb “Nə yoğurdum nə yapdım, hazırca kökə tapdım” düşünərək dövlət qurumunu öz şəxsi maraqları üçün istifadə edirsə, bu mütləq “40 gün” çəkəcək.
Biz QHT -lər evimizi qoruya, evimizə dəstək verə bilir və verəcəyik.
Bəzi QHT- lər haqsızlıqları görərək susur. Qorxur ki, nə isə deyər o “MMC işlədənlərin” xoşuna gəlməz və onlara daha “qrant” verməz. Çünki onların elə özləri səhv içində fəaliyyət göstərən QHT- lərdir…
Bu hədə-qorxu yox, xəbərdarlıqdır.