20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Ümid Taekvondo Klubu-Qələbə bizdən başlayır!

 Ümid Taekvondo Klubu-Qələbə bizdən başlayır!
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Dünya Taekvondo Federasiyasının 50 illik yubileyi münasibətilə əməkdar idman ustası , iki qat Avropa çempionu, Ümid Taekvondo Klubunun rəhbəri  İlkin Şahbazovun başçılığı ilə Masterklass təlimi Heydər Əliyev Mərkəzinin parkında baş tutdu.
İdmançıların günlərlə hazırlandığı möhtəşəm tədbirə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev də  öz töhvələrini verdilər.
Tədbirdə şəhid ailələri və qazilər iştirak edirdilər.  Federasiya adından simvolik hədiyyələr təqdim olundu.
           
Masterklass müxtəlif telekanallar və saytlar vasitəsilə tamaşaçı kütləsinə təqdim olundu.
Şəhərimizin qonaqları – Turistlərin də diqqətini çəkən masterklass böyük marağa səbəb oldu, alqışlarıyla idmançılara dəstək oldular.
Tədbir sonrası klubun idmançıları, valideynlər və rəhbərlik gül çələngi ilə Fəxri Xiyabanı ziyarət etdilər
.
Xatırladaq ki, 29 may – 4 iyunda Bakıda Taekvondo üzrə 26-cı Dünya Çempionatı keçiriləcək. Beynəlxalq əhəmiyyətli idman tədbiri ilə əlaqədar paytaxtımıza 3 minədək qonağın gəlişi gözlənilir.
                               
                 Esmira Turan
Paylaşın:

Digər yazılar