Cəmiyyətdə şəfqət,mərhəmət hissi yerini qəddarlığa,zorakılığa,şiddətə təslim edir…
YeniZamantv.az Zəfər Şəhid Ailələrinə Dəstək ictimai birliyinin sədri Sevinc Orucovanın öz sosial şəbəkə hesabında paylaşdığı fikirləri sizə təqdim edir:
Dünən dəhşətli xəbəri eşidəndən hələ də anlamaqda çətinlik çəkirəm..İnsan övladı öz doğmasının əmanətinə necə qıya bilər ki?Axı bu başsız qalmış,ömrü,həyatı puç olmuş qadınlar ilk növbədə ailə üzvlərinə,sonra cəmiyyətə,Vətənə,Dövlətə əmanətdirlər..Şəhid adı müqəddəs dəyər daşıyır,heç bir sərvətlə,maddiyyatla iturdiyimiz Qəhrəmanları əvəz edə bilmərik.
Lakin Şəhidin əmanətini şəfqət,qayğı ilə əhatə edə bilərdik.Dünən bir şəhid xanımı,bir qadın vəhşicəsinə,ailə üzvlərinin gözü qarşısında,köməksiz vəziyyətdə boğularaq öldürüldü.Bu qəddar cinayət hamımıza qarşı baş verib,şəhidin körpə övladını heç düşünürükmü? O böyüdükcə bu faciənin təsirindən necə əzab çəkəcək?
Böyük acı və təəssüf hissi bizi bürüyüb…bu cinayət cəzasız qalmamalı,kimliyindən asılı olmayaraq,bir şəhid xanımına,anaya,qadına qarşı baş verən bu dəhşətə görə cavab verməlidir.
Cəmiyyətimizdə bəziləri qadın cinayətlərində “mentalitet” axtarışına çıxır, Lakin bu sadəcə bilmədən,tanımadan günahkar axtarmağın ən asan yoludur… Heç bir səhv bir insanı yaşamaq hüququndan məhrum edəcək səviyyədə cəzalandırmağa haqq vermir.
Cəmiyyətdə şəfqət,mərhəmət hissi yerini qəddarlığa,zorakılığa,şiddətə təslim edir…
Və biz heç nə edə bilmirik və ya gecikirik…