20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Hansı daha təhlükəlidir: müharibə yoxsa informasiya?” adlı tədbir keçirilib

 “Hansı daha təhlükəlidir: müharibə yoxsa informasiya?” adlı tədbir keçirilib

“Gələcəyə Baxış” Avropaya İnteqrasiya ictimai birliyinin təşkilatçılığı ilə “Media savadlılığı və qazilər: “Hansı daha təhlükəlidir: müharibə yoxsa informasiya?” adlı tədbir keçirildi. 

 

YeniZamantv.az xəbər verir ki, Sabunçu  Gənclər evində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və “Gələcəyə Baxış” Avropaya İnteqrasiya -nin təşkilatçılığı ilə “Media savadlılığı və qazilər: “Hansı daha təhlükəlidir: müharibə yoxsa informasiya?” adlı tədbir keçirilib.

 

Tədbiri “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimi Birliyinin sədri Besti Nasibova açaraq layihənin məqsəd və əhəmiyyətindən danışıb. Daha sonra Tədbridə “İşıq” adlı həyat hekayəsi və “Təhlükəli xəbər təhlükəli döyüşdən daha ağırdır” adlı video-çarx nümayiş edilib.

 

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə media təhlükəsizliyində jurnalistlərin üzərinə düşən məsuliyyətdən danışaraq deyib ki, yoxlanılmamış məlumatlar insanların hisslərinə hörmətsislik olmaqla yanaşı ictimai şüur və siyasi sabitlik , dövlət təhlükəsizliyinə qarşı təhdiddir. “Biz həm məlumatları alanda, həm də verəndə məsuliyyətli olmalıyıq”-deyə C.Hüseynzadə bildirib.

 

Jurnalist və kvant psixoloqu Gülnara İnanc eşitdiyimiz məlumatların səhihliyini yoxlamalıyıq: “Saxta məlumatların bir qismi nadanlıqdan yayılır. Digər qismi isə müəyyən insanlar tərəfindən məqsədyönlü edilir. Cəmiyyətimizdə qarışıqlıq və etimadsızlıq yaratmaq istəyən qüvvələr təxribatlar üçün saxta məlumatların yayılmasından istifadə edir”.

 

Mərasimdə həmçinin “Ahıllara və Tənhalara Dəstək” İB-nin sədri Ruhiyyə Məmmədova, “Mərhəmət” Kimsəsizlərə Yardım İB-nin İradə Polad, “Sosial-iqtisadi və Ekiloji İnkişaf” İB-nin rəhbəri Rahilə Mehtiyeva, “İşiq” adlı həyat hekayəsini təqim edən jurnalist Samirə Hüseyinova, şəhid Mayor Siyavuş Kəlbalıyevin anası Yeganə xanım, şəhid Fəxri Məmmədovun Anası Kəmalə xanım, Şəhid Tural Dəmirçiyevin anası Sədaqət xanım, Şəhid Fəxri Məmmədovun bacısı İlahə, 1-ci Qarabağ müharibəsi qazisi Afaq Sadıxova, qazi Kənan tədbirdə çıxış ediblər.

Şəhid anaları bildiriblər ki, məhz onlar təxribatların, saxta məlumatların önünə keçməli və düşmənlərin alətinə çevrilmələrinə imkan verməməlidirlər.

 

Qazi Kənan Kərimli bildirib ki, Azərbaycan televiziyalarında Qarabağ savaşı iştirakçıları haqda davamlı proqramların olması vətənpərvərlik hissinin təbliğatı , eyni zamanda qazi və şəhid ailələrinə mənəvi dəstək üçün əhəmiyyətlidir.

Sonda “İsdedadları Tanıyaq və Tanıdaq” İB-nin sədri Vüsalə Sadıqovanın bir araya gətirdiyi gənc musiqiçilərin ifasında xalq mahnıları səslənib.

 

           

 

 

 

 

Paylaşın:

Digər yazılar