23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüş olub

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüş olub
YeniZamantv.az xəbər verir ki, 16 may 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın Ukrayna Ali Radası Sədrinin müavini Olena Kondratiuk ilə görüşü baş tutub.
Qonaqları salamlayan Sədaqət Qəhrəmanova görüş təşəbbüsünə görə təşəkkür edib. O, iki ölkə arasında əlaqələrin müxtəlif, o cümlədən sosial-humanitar aspekti barədə fikirlərini bildirib, eləcə də xalqlarımız arasında münasibətlərin tarixi köklərə, qarşılıqlı əməkdaşlığa və dostluğa söykəndiyini qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Ukrayna Ali Radası Sədrinin müavini Olena Kondratyuk, müharibənin Ukraynaya vurduğu zərbələrdən söz açıb. O, münaqişənin ağır təsirlərindən zərər çəkən ailələr, qadınlar, xüsusilə də uşaqlardan danışıb, onlara göstərilən sosial, psixoloji və reabilitasiya xidmətləri ilə bağlı dəstəyə ehtiyac olduğunu qeyd edib.
       
Görüşdə həmçinin birgə əməkdaşlığın digər aspektləri haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Vladislav Kanevskii və hər iki tərəfdən digər rəsmi şəxslər iştirak edib.
Paylaşın:

Digər yazılar