20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

… hədəf qrupu kişilərdir-“Təmiz Dünya” Qadınlara Yardım ictimai birliyi

 … hədəf qrupu kişilərdir-“Təmiz Dünya” Qadınlara Yardım ictimai birliyi
YeniZamantv.az xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Çex Respublikası (Embassy of the Czech Republic in Baku, Azerbaijan) Xarici Işlər Nazirliyinin keçid təşviqi proqramı çərçivəsində “Azərbaycanda gender əsaslı zorakılığa son qoymaq üçün profilaktik tədbirlərin gücləndirilməsi” layihəsinin icrasına başlayıb
Layihə, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.bəndinin 12.2.2. yarımbəndinə “Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin öyrənilməsi” və 12.3. Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində əməkdaşlıq bəndinin 12.3.1, 12.3.3 yarımbəndlərinə dəstək olaraq həyata keçirilir.
Layihənin hədəf qrupu kişilərdir. Layihənin əsas tərəfdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Layihə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmiş “Labirintdən çıxış 2- Kişilər zorakılığa qarşı!” layihəsinin davamıdır.
Layihənin növbəti addımı 13-14 may 2023 cü il tarixlərlərdə İmişli rayonunda davam etdirilib. Təlimdə 15 nəfər kişi iştirakçı vardı. İmişli Rayon İcra Hakimiyyəti tədbirin yerinin təşkilində və iştirakçıların müəyyən edilməsində layihəyə öz töhvəsini vermiş bu işə çox böyük məsuliyyətlə yanaşmışdır.
Təlimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxssisi Tural Hüseynzadə, Layihə çərçivəsində hazırlanmış 10 təlimçidən iki təlimçi, Niftiyev Mir İlham və Kərimov Toğrul aparıb.
Qeyd edim ki, təlim almış təlimçilər iki nəfər olmaqlar hər biri rayonlar üzrə təlimi keçəcək.
                               
Paylaşın:

Digər yazılar