23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Könüllülər “Yol təhlükəsizliyi bələdçisi” adlanan bukletlər payladılar

 Könüllülər “Yol təhlükəsizliyi bələdçisi” adlanan bukletlər payladılar

Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi gənclərə yol hərəkəti təhlükəsizliyini təşviq edir

 

Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gənclər arasında yol hərəkəti təhlükəsizliyinin təşviqi” layihəsini icra edir. Layihə çərçivəsində bir neçə istiqamətdə iş aparılır, yol təhlükəsizliyi bələdçisi adlanan bukletlər nəşr edilərək Mərkəzin könüllüləri tərəfindən yeniyetmə və gənclər arasında paylanılır, eyni zamanda 50 nəfər gənc üçün yol hərəkəti qaydalarına dair təlim kursları keçirilir.

Layihənin əsas istiqamətlərindən biri də moto və maped sürücülərinin maarifləndirilməsi və onların yol hərəkəti qaydalarına riayyət etmə vəziyyətinin öyrənilməsidir. Bu məqsədlə Mərkəz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Dövlət Yol Polisi ilə birgə fəaliyyətlər icra etməkdədir.

Qeyd edək ki, hər il bütün dünyada yol-nəqliyyat hadisələri nəticəsində təqribən 1 milyon 250 min insan həyatını itirir. Bütün dünyada 15–29 yaşlı insanların-gənclərin ölüm səbəbləri arasında birinci yeri yol-nəqliyyat hadisələri tutur. Əsas məqsədi gənclərin problemlərinin araşdırılması və həllinə köməklik göstərilməsi olan Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi gənclərin bu istiqamətdə maarifləndirilməsi üçün də mütəmadi layihələr həyata keçirir.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı illik hesabatlarda motosiklet və moped sürücüləri və sərnişinləri ölümlə nəticələnən yol-nəqliyyat hadisələri iştirakçılarının xüsusi risk qrupuna aid edilir. Ölkəmizdə də son 4 il ərzində pandemiya səbəbindən,  onlayn sifariş və çatdırılma xidmətlərinin aktuallaşması ilə motosiklet və mapedlərin çoxalması qeyd olunan riskləri olduqca artırmışdır. Layihə çərçivəsində Bakı şəhərinin 4 rayonunda moto və maped sürücülərinin yol hərəkəti qaydalarına, eləcə də təhlükəsizlik qaydalarına əməl etmələri vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlər keçirir. Monitorinqlər zamanı qaydalara əməl etməyən 50-yə yaxın moto və maped sürücüsü saxlanılaraq inzibati məsuliyyətə cəlb edilmiş, bəzilərinə xəbərdarlıq olunmuş, maarifləndirici söhbətlər aparılmışdır.

Gənclərin maarifləndirilməsində, eləcə də inzibati məsuliyyətə cəlb olunmasında məqsəd onların yol-nəqliyyat hadisələrində iştirakının azaldılmasıdır.

 

               

 

Paylaşın:

Digər yazılar