Mənim ùçùn dövlət,vətən sevgisi pulla alınmaz və pulla satılmaz-Səbinə Kərimova
Mənim ùçùn dövlət,vətən sevgisi pulla alınmaz və pulla satılmaz, YeniZamantv.az xəbər verir ki,bu sözləri “QHT” sədri Səbinə Kərimova qeyd edib.
O,yazır : Mənim 12 yaṣim təzə tamam olmuṣdu. Rəhmətlik Elçibəy və Etibar Məmmədov Sumqayitda 31 nömrəli məktəbdə mitnq edirdi. Mən və bir dəstə məktəb uṣaqları durub qulaq asdım. O,bizə cox gözəl gələcək vəd edirdi. Dùzù o yaṣda uṣaq gözəl gələcəyi doğmaları ilə birlikdə olmagi bilir. Birdən Elçibəyin gözù bizə sataṣdı və dedi ki, biz onların gələcəyiyik.
Mùstəqil Azərbaycanımızın ilk mùstəqil vətəndaṣları. O,köləlik rəmzi olan qırmızı qalstuklarınızı çixarib atin. Mən də sevinərək qalstukumu boynumdan çıxarmaq istəyəndə yanımda ag plaṣlı oglan çıxarma bu sizin böyūk səhviniz olar dedi:- Məndə uṣaq aĝlimla dedim ki, insan səhvlər edərək öyrənir və qalstukumu çirib atdim. Elə də oldu..Səhər məktəbə bizdən əvvəl valdeyinlərimiz gəlmiṣdi. Bir sözlə direktor bizi tənbeh etdi və məktəbə qalstuksuz gələn uṣaqları sinifə buraxmadı.Atam isə mənə dedi ki, daha mənə qalstuk almayacaq. Mən sinifə necə gedirdim ki, direktor məni görməsin. Bəxtim gətirdi ki, 1991 ci ilin oktyabr ayinin 18 də mustəqil olduq. Sovetdən qurtulduq.Mən də qalstukdan)) Mən 12 yaṣımda nəyəmsə indidə oyam. Hətta Qarabag muharibəsi baṣlayanda metirkami göturub hərbiyə belə getmiṣəm ki, məni muharibəyə aparsinlar.
Biz õlkəmizi,millətimizi sevərək böyùmùṣùk. Bizə sevgi verən,sevgi öyrədən valdeyinlərimiz olub. Biz rùṣvətlə deyil, halal nemətlə böyùmùsūk.
Mənim ùçùn dövlət,vətən sevgisi pulla alınmaz və pulla satılmaz. Bu gùn biz mustəqil ölkənin vətəndaṣlarıyıq. QHT olsaq da, hər an dövlətimizin yanındayıq. Bizim ūçūn valdeyin sevgisi necədirsə,dovlət sevgisi də odur. Kimsə gözumuzu qorxuda bilməz,ölərik də,öldùrərik də.
Bəzən nələrəsə susarıq, görmərik də. Təki dövlətimiz və dövlətçiliyimiz var olsun. Azərbaycan bizim canimiz,damarda axan qanimizdir. Mūstəqilliyin mūbarək Azərbaycan!