20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Kukla Teatrları Həftəsi”

 “Kukla Teatrları Həftəsi”
YeniZamantv.az xəbər verir ki, iyunun 13-dən start götürən “Kukla Teatrları Həftəsi” uğurla davam edir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə 13-17 iyun tarixlərini əhatə edən “Kukla teatrları həftəsi”nin proqramına uyğun olaraq nümayişin 4-cü günü Naxçıvan Dövlət Kukla Teatrının təqdimatında olacaqdı. Lakin texniki problemlərə görə təəssüf ki, naxçıvanlı kuklaçıların Bakı səfəri alınmadı.
Teatr bayramına qoşulan çoxsaylı tamaşaçılar əvəzində ev sahibi kollektivin səhnə nümunəsinə baxdılar.
Belə ki, teatrın repertuarındakı yeni səhnə nümunələrindən olan “Üç donuz balası” nümayiş olundu.
İngilis folkloruna aid “Üç donuz balası” adlı məşhur nağıl əsasında hazırlanan bu tamaşa uşaqlara zəhmətsevərlik, özünə inam aşılayayır.
Birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnı mətnlərinin müəllifi Sevinc Nuruqızıdır.
Uşaqların və eləcə də böyüklərin marağına səbəb olan musiqili tamaşada kukla obrazları teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Xəlilov, Ülviyyə Əliyeva, Elgün Həmidov, Adil Dəmirov, Cavid Telman, Araz Həsənov, Elmira Hüseynova və “Oyuq” teatr-studiyasının yetirməsi Adil İqbal ifa edirdi.
                 
Teatrın mətbuat xidməti
Paylaşın:

Digər yazılar