20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Maral Zamanova – Belə layihələrin keçirilməsi ilə Prezident İlham Əliyevin göstərdiyi qayğıları təbliğ edirik

 Maral Zamanova – Belə layihələrin keçirilməsi ilə Prezident İlham Əliyevin göstərdiyi qayğıları təbliğ edirik

20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunmasi ictimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin  elan etdiyi 2023-cü il kiçik qrant müsabiqəsinin qalibidir. İctimai birliyin icra etdiyi layihə “ Müharibədən  zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyası-səyahətlərin təşkili” adlanır.

 

Layihənin rəhbəri Maral Zamanovanın YeniZamantv.az-a verdiyi məlumatda qeyd edilir ki, layihə müharibədən  zərərçəkmiş vətəndaşların , xüsusi ilə həssas qrupdan olan şəhid ailələrinin və müharibə iştirakçılarının aktivliyinin artıtılmasından bəhs edir.  Bu qəbildən olan insanlara   psixoloji dəstəyin göstərilməsi və asudə vaxtlarının təşkili, onların  cəmiyyətə   gərəkli fərd olmaları üçün reablitasiyasına həsr olunur. Belə layihələrin keçirilməsinin vacibliyini önə çəkməklə,  həm də dövlətin və Prezident İlham Əliyevin göstərdiyi qayğıları təbliğ edirik.

 

Layihə vasitəsi ilə   müharibədən  zərərçəkmiş vətəndaşlarımıza , həssas qruplara psixoloji dəstək olaraq onların cəmiyyətə  inteqrasiyasına yardımçı olmaq, bir fərdinə çevirməkdir. Onların  sosial aktivliyinin artırılması  layihənin   məqsədlərindəndir.

 

O həmçinin qeyd edib ki, məqsədlərə çatmaq üçün bu fəaliyyətləri həyata keçirəcəyik:

Müharibədən  zərərçəkmiş vətəndaşlarımız , həssas qruplarla  ekspert  məşğul olacaq, onların vaxtının səmərəli təşkili üçün sorğular keçiriləcək

 

Aktivliklərini artırmaq üçün mühitlərini dəyişmək məqsədi ilə səyahətlər təşkil olunacaq

Bakı şəhərində 1 təlim keçiriləcək

Təlimlərdə həssas qruplarla ekspert məşğul olacaq

 

Şuşaya səyahət  baş tutacaq

 

Bakı şəhərində  layihəyə töhfə olaraq çay süfrəsi, Şuşada səhər və günorta yeməyi,  çay , şiriniyyat  süfrəsi düzənlənəcək

 

  1. Şuşa şəhəri
  2. Bakı- təlim

Layihə 3 ay müddətinə  01.07.2023-29.09.2023 tarixlərində icra olunacaq.

Paylaşın:

Digər yazılar