20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Məqsədimiz  vətənpərvərlik təbliğatıdır-QHT yeni layihənin icrasına başladı

 Məqsədimiz  vətənpərvərlik təbliğatıdır-QHT yeni layihənin icrasına başladı

Məqsədimiz  vətənpərvərlik təbliğatıdır.

Bu barədə YeniZamantv.az-a məlumat verən Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı qeyd edib ki, layihə  “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa yeniyetmə, gənclərin gözü ilə rəsmlərdə adlanır.  Mətanət Əsgərqızı qeyd edib ki, Layihə  illərlə həsrətində olduğumuz, ruhumuzun, mədəniyyətimizin paytaxtı Şuşaya , Vətən Müharibəsi qələbənin, qəhrəmanların və onların döyüş yolunun yeniyetmələr və gənclər  arasında təbliğinə həsr olunur. Bununla da tariximiz öyrəniləcək, vətənpərvərlər yetişdirməklə güclü ordunun qurulması işinin davam etdirilməsi vacibliyi amilini önə çəkilmiş oluruq.

Layihə rəhbərinin sözlərinə görə bu layihədə məqsədimiz  vətənpərvərlik təbliğatıdır. Şuşamızın, onun  azadlığı uğrunda döyüşən, qəhrəmanlıq  göstərənlərin   tanıdılması ilə bağlı yeniyetmələrin  və gənclərin çəkəcəkləri rəsmlərdə onların canlandırılmasıdı. Yeniyetmələrin  və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, vətənə, dövlətə, torpağa bağlılıq hisslərini artırmaq üçün  onlarla görüşlərin təşkilidir. Bu layihəni həyata keçirtməklə onlarda  Şuşa kimi vətən torpaqlarına  məhəbbəti artıqmaqdır. Yeniyetmələrin  dövlətə sədaqət ruhunda olmasına nail olmaqdan ibarətdir. Bu layihə ilə biz Şuşanın timsalında vətənpərvərlik ideyalarını təbliğ edirik. Şuşada olan hər kəs, oranın azadlığı uğrunda döyüşlərdə olanların hər yerdə adlarını yazıdıqlarının şahidi olublar. O qəhrəmanlar həmin anlar yəqin nələr düşünüblər. Ola bilsin bir tarix yazılsın , adları məlum olsun deyə bunu ediblər.Biz də bu layihədə iştirak edəcək yeniyetmələrin  və gənclərin çəkəcəkləri rəsmlərdə həmin məqamların əks olunmasını istəyirik. Şuşa artıq bərpa olunur. Ola bilər ki, həmin yazılar da silinər. Bunlar ola bilər kiçik detallardır, amma tariximiz üçün böyükdür. Qızıl hərflərlə yazılıb.

 

Güclü  dövlətin təməlini həm də  güclü ordu təşkil edir. Bunun üçün yeniyetmə və gənclərlə  çoxlu iş aparılmalıdır. Vətənpərvərlərimiz çox olarsa, silahlı qüvvələrimiz  güclənər, torpaqlarımızın qorunçası  üçün ruh yüksəkliyi yaranar.

Uzun illər Şuşamız  işğal altında  qaldı,hər il ermənilərin 8 mayda Şuşanın işğalını qələbə kimi qeyd etdiklərini gördükcə düşmənə nifrət, yurda bağlılıq daha da artdı. Nəticədə 2020-ci ilin 8 noyabrında Müzəffər Azərbaycan Ordusunun Prezidenti İlham Əliyevin müjdəsini eşitdik.

 

Vətəni müdafiə edəcək gənclərə hər  qarış torpağımız, Vətən Müharibəsi Qələbəsi, torpaq uğrunda həlak olan qəhrəmanların həyatı və döyüş yolu təbliğ olunmalıdır. Bunun üçün müxtəlif tədbirlər, görüşlər keçirilməli, tariximizin öyrənilməsi, şəhidlərimiz tanıdılmalı və təbliğ olunmalıdı. Qəhrəmanlarımızın keçdiyi yol nümunə göstərilməlidir. Bu mükəmməl vətəndaş yetişdirməyə xidmət edəcək ki, bir daha torpağımıza yad ayaqlar dəyməsin. Şuşa kimi qeyrət qalamız hər zaman məğrur qalsın.Rəsm müsabiqəsində iştiak edən yeniyetmə  və gəncləri Şuşaya aparacağıq.Bir gün orada görüklərini kətana köçürəklər.

 

Layihə rəhbəri görüləcək işlərdən də söz açıb. 0, qeyd edib ki, layihə dörd mərhələdə icra olunacaq:

           Birinci mərhələ

 

Layihədə iştirak edən heyətin formalaşdırılması və müqavilələr bağlanması.

Rəsm müsabiqəsi üçün hədiyyələrin və ləvazimatların alınması( sonda qaliblərə bağışlanacaq)

Diplomların dizaynı və çapı

Layihənin benefisiarlarının dəqiqləşdirilməsi

Tədbirlərin proqram, gündəlik və səfərlərin iş qrafikinin hazırlanması

Rəsm müsabiqəsinin Müsiflərinin təyin olunması

Bakı şəhərində layihənin məlumatlandırılması- iştirakçıların təqdimatı

Şuşa səfərinə hazırlıq işlərinin görülməsi

Şuşa şəhərinə səfər

Bakı şəhərində sərginin təşkili

Layihə barədə məlumatlar KİV,sayt sosial şəbəkələrdə ictimailəşdirilməsi Mediada  dərc olunması üçün danışıqların aparılması

Dövlət və  icra hakimiyyəti   orqanlarının  layihənin icrasına cəlb edilməsi

 

İkinci mərhələ

Suşa səfərinin başlanması: 45 nəfərlik qrup Şuşaya  aparılacaq.İcarəyə götürülmüş  nəqliyyat vasitəsi ilə hərəkət ediləcək. Gün ərzində səhər, günorta yeməyi bir neçə dəfə çay, kofe və şirniyyat stolu veriləcək. Layihə QHT və KİV nümayəndələrinin iştrakı ilə həyata keçiriləcək. Rəsmlər çəkiləcək. Qaliblər təltif ediləcək

 

Üçüncü mərhələ

Şuşada yeniyetmə və gənclərin çəkdiyi rəsmlər Bakıda şəhərin ən gur yerində nümayiş olunacaq.Sərgi təşkil olunacaq.

 

Dördüncü mərhələ

 

Layihənin yekun hesabatını Azərbaycan Respublikasının Dövlət Dəstəyi Agentliyinə  təqdim edilməsi.

 

Qeyd edək ki, “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa yeniyetmə, gənclərin gözü ilə rəsmlərdə layihəsi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə üç ay 01.07.2023-29.09.2023 tarixləri müddətinə icra olunacaq.

Paylaşın:

Digər yazılar