Məqsədimiz vətənpərvərlik təbliğatıdır-QHT yeni layihənin icrasına başladı
Məqsədimiz vətənpərvərlik təbliğatıdır.
Bu barədə YeniZamantv.az-a məlumat verən Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı qeyd edib ki, layihə “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa yeniyetmə, gənclərin gözü ilə rəsmlərdə adlanır. Mətanət Əsgərqızı qeyd edib ki, Layihə illərlə həsrətində olduğumuz, ruhumuzun, mədəniyyətimizin paytaxtı Şuşaya , Vətən Müharibəsi qələbənin, qəhrəmanların və onların döyüş yolunun yeniyetmələr və gənclər arasında təbliğinə həsr olunur. Bununla da tariximiz öyrəniləcək, vətənpərvərlər yetişdirməklə güclü ordunun qurulması işinin davam etdirilməsi vacibliyi amilini önə çəkilmiş oluruq.
Layihə rəhbərinin sözlərinə görə bu layihədə məqsədimiz vətənpərvərlik təbliğatıdır. Şuşamızın, onun azadlığı uğrunda döyüşən, qəhrəmanlıq göstərənlərin tanıdılması ilə bağlı yeniyetmələrin və gənclərin çəkəcəkləri rəsmlərdə onların canlandırılmasıdı. Yeniyetmələrin və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, vətənə, dövlətə, torpağa bağlılıq hisslərini artırmaq üçün onlarla görüşlərin təşkilidir. Bu layihəni həyata keçirtməklə onlarda Şuşa kimi vətən torpaqlarına məhəbbəti artıqmaqdır. Yeniyetmələrin dövlətə sədaqət ruhunda olmasına nail olmaqdan ibarətdir. Bu layihə ilə biz Şuşanın timsalında vətənpərvərlik ideyalarını təbliğ edirik. Şuşada olan hər kəs, oranın azadlığı uğrunda döyüşlərdə olanların hər yerdə adlarını yazıdıqlarının şahidi olublar. O qəhrəmanlar həmin anlar yəqin nələr düşünüblər. Ola bilsin bir tarix yazılsın , adları məlum olsun deyə bunu ediblər.Biz də bu layihədə iştirak edəcək yeniyetmələrin və gənclərin çəkəcəkləri rəsmlərdə həmin məqamların əks olunmasını istəyirik. Şuşa artıq bərpa olunur. Ola bilər ki, həmin yazılar da silinər. Bunlar ola bilər kiçik detallardır, amma tariximiz üçün böyükdür. Qızıl hərflərlə yazılıb.
Güclü dövlətin təməlini həm də güclü ordu təşkil edir. Bunun üçün yeniyetmə və gənclərlə çoxlu iş aparılmalıdır. Vətənpərvərlərimiz çox olarsa, silahlı qüvvələrimiz güclənər, torpaqlarımızın qorunçası üçün ruh yüksəkliyi yaranar.
Uzun illər Şuşamız işğal altında qaldı,hər il ermənilərin 8 mayda Şuşanın işğalını qələbə kimi qeyd etdiklərini gördükcə düşmənə nifrət, yurda bağlılıq daha da artdı. Nəticədə 2020-ci ilin 8 noyabrında Müzəffər Azərbaycan Ordusunun Prezidenti İlham Əliyevin müjdəsini eşitdik.
Vətəni müdafiə edəcək gənclərə hər qarış torpağımız, Vətən Müharibəsi Qələbəsi, torpaq uğrunda həlak olan qəhrəmanların həyatı və döyüş yolu təbliğ olunmalıdır. Bunun üçün müxtəlif tədbirlər, görüşlər keçirilməli, tariximizin öyrənilməsi, şəhidlərimiz tanıdılmalı və təbliğ olunmalıdı. Qəhrəmanlarımızın keçdiyi yol nümunə göstərilməlidir. Bu mükəmməl vətəndaş yetişdirməyə xidmət edəcək ki, bir daha torpağımıza yad ayaqlar dəyməsin. Şuşa kimi qeyrət qalamız hər zaman məğrur qalsın.Rəsm müsabiqəsində iştiak edən yeniyetmə və gəncləri Şuşaya aparacağıq.Bir gün orada görüklərini kətana köçürəklər.
Layihə rəhbəri görüləcək işlərdən də söz açıb. 0, qeyd edib ki, layihə dörd mərhələdə icra olunacaq:
Birinci mərhələ
Layihədə iştirak edən heyətin formalaşdırılması və müqavilələr bağlanması.
Rəsm müsabiqəsi üçün hədiyyələrin və ləvazimatların alınması( sonda qaliblərə bağışlanacaq)
Diplomların dizaynı və çapı
Layihənin benefisiarlarının dəqiqləşdirilməsi
Tədbirlərin proqram, gündəlik və səfərlərin iş qrafikinin hazırlanması
Rəsm müsabiqəsinin Müsiflərinin təyin olunması
Bakı şəhərində layihənin məlumatlandırılması- iştirakçıların təqdimatı
Şuşa səfərinə hazırlıq işlərinin görülməsi
Şuşa şəhərinə səfər
Bakı şəhərində sərginin təşkili
Layihə barədə məlumatlar KİV,sayt sosial şəbəkələrdə ictimailəşdirilməsi Mediada dərc olunması üçün danışıqların aparılması
Dövlət və icra hakimiyyəti orqanlarının layihənin icrasına cəlb edilməsi
İkinci mərhələ
Suşa səfərinin başlanması: 45 nəfərlik qrup Şuşaya aparılacaq.İcarəyə götürülmüş nəqliyyat vasitəsi ilə hərəkət ediləcək. Gün ərzində səhər, günorta yeməyi bir neçə dəfə çay, kofe və şirniyyat stolu veriləcək. Layihə QHT və KİV nümayəndələrinin iştrakı ilə həyata keçiriləcək. Rəsmlər çəkiləcək. Qaliblər təltif ediləcək
Üçüncü mərhələ
Şuşada yeniyetmə və gənclərin çəkdiyi rəsmlər Bakıda şəhərin ən gur yerində nümayiş olunacaq.Sərgi təşkil olunacaq.
Dördüncü mərhələ
Layihənin yekun hesabatını Azərbaycan Respublikasının Dövlət Dəstəyi Agentliyinə təqdim edilməsi.
Qeyd edək ki, “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa yeniyetmə, gənclərin gözü ilə rəsmlərdə layihəsi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə üç ay 01.07.2023-29.09.2023 tarixləri müddətinə icra olunacaq.