Təşəbbüslər və yeni çağırışlar” mövzusunda konfrans keçiriləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 6 iyul 2023-cü il tarixində “İctimai iştirakçılıq: Təşəbbüslər və yeni çağırışlar” mövzusunda konfrans keçiriləcək.
YeniZamantv.az xəbər verir ki, Tədbirdə Komitə yanında İctimai şura üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər və sosial şəbəkə blogerləri iştirak edəcəkdir. Konfrans çərçivəsində Komitə yanında İctimai şuraya üzv seçilmiş qeyri-hökumət təşkilatlarının rəhbərlərinə üzvlük vəsiqələri təqdim ediləcək.
Eyni zamanda seçkilərin keçirilməsində göstərdikləri dəstəyə görə seçki komissiyası üzvlərinin təşəkkürnamə ilə təltif edilməsi nəzərdə tutulur. Tədbir 6 iyul, saat 10:00-da Radisson Hotel (“Park İnn”) otelinin “Dan ulduzu” zalında baş tutacaq.