VAKANSİYA
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Goranboy rayonunda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzinə aşağıdakı vakant yer üzrə işə qəbul müsabiqəsi elan edilir:
Goranboy UADM – Baş mühasib
Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 05 iyul – 17 iyul 2023-ci il tarixlərində şəxsi anket forması üzrə məlumatlarını region@scfwca.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Tələb olunan kriteriyalar: müvafiq sahə üzrə minimum 1 il iş stajı, iqtisadiyyat, maliyyə-kredit, mühasibat uçotu ixtisasları üzrə ali təhsil
Əlaqə:
AQUPDK, Ailə məsələləri şöbəsinin
Mərkəzlərlə iş sektoru
şəh. (+99412) 498-94-02
mob. (+99451) 230-54-87