Azərbaycan Əlillər Cəmiyyəti ictimai birliyi layihə icra edəcək
Azərbaycan Əlillər Cəmiyyəti ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Həssas əhali qrupuna hüquqi, psixoloji dəstək və səyahətlərin təşkili” adlı layihəsinin icrasına başlayıb.
Layihənin məqsədi həm də fiziki məhdudiyyəti olan şəxslərə ehtiyac olarsa hüquqi və psixoloji dəstək vermək, onlar üçün səyahərlər təşkili etməkdir.
Səyahətlər: Şamaxı-Dəmirçi kəndi
Bakı şəhərində də tədbir keçiriləcək
Bütün bunlarda məqsəd fiziki məhdudiyyətli əhali qrupundan olan şəxslərin cəmiyyətə qaynayıb-qarışmasına,onlara diqqətləri yönəltməyə, aktivliklərini artırmaq, ictimai işlərə cəlb etməkdən ibarətdir.
Layihənin icrası 01.07.2023-cü il tarixdən 30.09.2023-cü il tarixə qədər nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Əlillər Cəmiyyəti ictimai birliyi bir sıra uğurlu layihələr həyata keçirib.