…“aydan arı sudan duru”… dünənə bir də nəzər-Məhəmmədəli Qəribli
YeniZamantv.az jurnalist Məhəmmədəli Qəriblinin sosial şəbəkə hesabındakı maraqlı bir yazısını olduğu kimi təqdim edir.
Görürəm hamı Eynullanın Qarabağda buraxdığı son səhvindən yazır. Maraqlıdır, onda niyə, ötən il jurnalistlər üçün təşkil olunan Şuşa səfərində Eynullanın çıxardığı, bundan da böyük olan biabırçı oynundan heç kim yazmırdı və ya həmin hadisədən yazmağa kimlər icazə verilmirdi? Bəyəm, həmin tədbirdə iştirak edən 100-ə yaxın jurnalistdən bir nəfər də olsun orada yaşananları görməmişdi?
Hətta səfərdə iştirak edən bir çox jurnalistlərə tapşırıq verilmişdi ki, Eynullanın orada “aydan arı, sudan duru” olduğuna dair rəy formalaşdırsınlar.
Mən barəmdə çıxarılan saxta “pozitiv” korona cavabına görə həmin səfərdə iştirak edə bilmədim. Amma baş verən hadisəni tam çılpaqlığı ilə yazan yeganə jurnalist oldum. “Eynullanın özünü redaktəsi” adlı yazımdan sonra hətta troll hucumuna da məruz qaldım ki, güya mən mühüm bir dövlət tədbirinin nəticəsini qaralamaqla məşğulam.(?)
Demək istəyirəm ki, Eynullanı bu həddə kimi şişirdən də elə özünüz olmusunuz. “Prezident, ancaq onun saytını oxuyur”, kimi yalan şayiəni də buraxanlar biz yox, elə yüksək ranqda təmsil olunan məmurlar olub ki, belə bir “brendlə” rəqiblərini yaxşı vura bilsinlər, onlarda “filankəs səndən yazdısa, məhv oldun”, kimi əbədi xof yarada bilsinlər.
Azərbaycan reallığında, ciddi məmur dəstəyi olmayan heç bir jurnalist bu dərəcədə şişə bilməz. Kimdir, həmin məmur? Bir il əvvəl yazdığım məlum yazını tapıb, şərh bölümündə paylaşacam…
https://azinforum.az/manset/eynulla-f%C9%99tullayevin-ozunu-redakt%C9%99si/?fbclid=IwAR2zWFr-HFrWkg2-1IKJ2m6fNTE6s4qwOqj1ZFxoV8hBNH1z44JtXSOnXPg