21.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Aİ-92” markalı benzin və dizelin qiymətində artım gözlənilirmi? – MÜNASİBƏT BİLDİRİLDİ

 “Aİ-92” markalı benzin və dizelin qiymətində artım gözlənilirmi? – MÜNASİBƏT BİLDİRİLDİ

“Aİ-95” premium markalı benzin 40 qəpik bahalaşaraq satış qiyməti 2 manat olub. Dünyada, eləcə də Azərbaycanda geniş vüsət alan bahalaşma dalğasının “Aİ-92” markalı benzin və dizelə də çatacağı barədə müzakirələr gedir. Bu real ola bilərmi və yaxud hansı halda artımlar baş verə bilər?

YeniZamantv.az  xər verir ki, SİA mövzu ilə bağlı iqtisadçıların fikirlərini alıb.

İqtisadçı Eyyub Kərimli: “Düşünürəm ki, 2023-cü ilin sonunadək benzin və dizel qiymətində artım müşahidə olunmayacaq. Bunun bir neçə səbəbi var. Birincisi, hazırda dünyada neftin qiyməti ilin əvvəlinə nisbətən daha ucuzdur. İkincisi, Heydər Əliyev adına Neftayırma zavodu tələbə uyğun neft istehsal edir. İllik istehsal gücü 7,5 milyon tondur. Lakin ölkədə neft hasilatı azalır və növbəti il bu göstərici daha aşağı olacaq. Bu baxımdan qeyd etdiyim zavoda yeni Avropa standartlarına uyğun benzin istehsalı üçün 4 milyarda yaxın vəsait ayrılıb. Hesab edirəm ki, növbəti illərdə həmin vəsaitin geri qaytarılması üçün benzinin və dizelin qiyməti artırıla bilər. Bu, həm kapitalın geri qaytarılması, həm də neft hasilatının aşağı düşməsi ilə baş verə bilər. Eyni zamanda, bu gün dünyada bərqərar olan neft qiymətləri ilə əlaqədar yaxın vaxtlarda Aİ 95 markalı benzinin ucuzlaşmasını müşahidə edə bilərik”.

İqtisadçı Eldəniz Əmirov: “Azərbaycanda Aİ 92 və dizel qiymətinin bahalaşacağı ilə bağlı məlumatların real olduğunu düşünmürəm”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, çünki hər iki yanacaq növünün hazırkı vəziyyətdə kifayət qədər yüksək qiyməti var: “Neftin qiymətinin bu yanacaq növünün son artım müddəti ilə artmaması hesab edirəm ki, sözügedən yanacaqların qiymətində artım olması üçün zərurət yaratmır. Doğrudur, heç nə mütləq deyil. Yəni, Aİ 92 və dizelin qiymətində birmənalı olaraq artım olmayacaq deyə bilmərəm. Amma yaxın müddət ərzində belə bir gözləntim yoxdur”.

 

Paylaşın:

Digər yazılar