Ceyhun Bayramov: “Ermənistanın təxribatları cavabsız qalmayacaq”
“Hər kəs, ilk növbədə, Ermənistan başa düşməlidir ki, heç bir təxribat cavabsız qalmayacaq və ən sərt formada cavablandırılacaq”.
YeniZamantv.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təxribatların törədilməsinin istənilən prosesə, görüşə və ya ümumilikdə danışıqlara yalnız mənfi təsiri ola bilər.
“Çünki onlar sülhə mənfi təsir göstərir, daha çox gərginlik yaradır. Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycanın çağırışı Ermənistanı bu təxribatlardan çəkindirməkdir. Azərbaycan əsgərinə qarşı olan hər hansı bir təxribat ən sərt formada cavablandırılacaq. Bu addım təxribatı düşünənlərə və onu həyata keçirənlərə xeyir verməz”, – nazir qeyd edib.