Növbəti 29 nəfər Vətən müharibəsinin iştirakçısı polis orqanlarına xidmətə qəbul olunub
Vətən müharibəsinin daha 29 iştirakçısı polis orqanlarında xidmətə qəbul olundu.
YeniZamantv.az xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Sıra baxışında 236 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 29 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.