20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Ceyhun Musaoğlu yazır: Prezident kadrları necə görsün?

 Ceyhun Musaoğlu yazır: Prezident kadrları necə görsün?
YeniZamantv.az xəbər verir ki, jurnalist, QHT sədri Ceyhun Musaoğlu öz şəxsi sosial şəbəkə hesabında maraqlı bir mövzuya toxunub:
Vicdanlı kadr çoxdur, təqdim edən yoxdur.
Günah kadrlardan əvvəl onları ölkə rəhbərinə təqdim edənlərdədir. Bu ölkədə vicdanlı, peşəkar, dövlətini sevən, hakimiyyətə sadaqətli olan on minlərlrə insan var. Həmin on minlərlə insanı yaxından tanıyan, təqdim etmək imkanına malik minlərlə məmurlar var. Niyə susurlar? Prezident kadrları necə görsün? Niyə ali rəhbərə bu istiqamətdə dəstək olmayaq, belə dəstək cəmiyyət üçün mübarək hadisədir.
Mübarizə səbəblər üzərində aparılsa, ortaya vilyamlı, nizamili, mahirli nəticələr çıxmaz.
İcra hakimiyyətlərinin hümanitar məsələlər üzrə müavinlik postuna xanım namizdələrin təyin olunması prosesini yəqin xatırlayırsınız. Nə baş vermişdi?
Kimi hardan gəldi müavin vəzifəsinə gətirmək həvəsi kimin havası idi məmləkətə buraxmışdı. O xanım müavinlərdən tutulanlar, vəzifəsinin öhdəsindən gəlməyi bacarmayanlar, haqqında xoşagəlməz söhbətləri yayılanlar az olmadı. Belə bir siyasi hoqqa çıxarmaqda məqsəd nə idi?
İki cümlə ilə deyək, gerisi qalsın sonraya. Köhnələr yenilərin mətin addımlarla gəldiyini anlayıb, xanımları irəli çəkməklə “biz də sizdənik, biz də sizin siyasətinizi dəstəkləyirik” demək istəmişdilər. Öz adamlarını xanım qiyafəsində strateji postlara təyin etdirmişdilər.
Fiaskoya uğradı. Məqsədi məkrli, mahiyyəti yalan üzərində qurulan xanıman uçmalıydı, uçdu da.
Paylaşın:

Digər yazılar