23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Hacı  Zeynalabdin Tağıyev: Tələbə qeyri türklə evlənməyəcək

 Hacı  Zeynalabdin Tağıyev: Tələbə qeyri türklə evlənməyəcək
Ötən əsrin əvvəllərində böyük xeyriyyəçiliklə məşğul olan Hacı  Zeynalabdin Tağıyev milli məsələlərə də çox diqqət yetirirdi. Onun bir müraciətini YeniZamantv.az təqdim edir.
HACI ZEYNALABDİN TAĞIYEVİN ƏHALİYƏ MÜRACİƏTİ
(Tələbə qeyri türklə evlənməyəcək )
Hacı Zeynəlabdin Tağıyev qəzetlər vasitəsi ilə Qafqaz türklərinə bu məzmunda elan verir: Nə qədər lisey bitirmiş, ali təhsilini almağa maddi imkanı olmayan tələbə varsa, aşağıdakı şərtlərlə ali təhsillərini davam etdirə bilərlər:
1.Hər tələbəyə təhsil müddətində 50 manat veriləcək. yay tətillərində Qafqaza gəliş gediş xərcləri ayrıca ödəniləcək
2.Tələbə təhsilini bitirdikdən sonra mütləq vətəninə dönəcək və ölkəsinə xidmət edəcək.
3. Tələbə qeyri türklə (oxuduğu ölkədə və ya tələbə yoldaşları ilə) evlənməyəcək.
4.Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra ona ödənilən pulları “Xeyriyyə Cəmiyyəti”nə ödəyəcək.
İstiqlal dövründə ilk Novruz bayramını da Hacı öz maliyyə hesabına keçirmişdi.
Paylaşın:

Digər yazılar