Məhəmmədəli Qəribli:Bu yanlışı mütləq düzəltməlidir…
YeniZamantv.az jurnalist Məhəmmədəli Qəriblinin sosial şəbəkə hesabındakı yazısını təqdim edir.
Naxçıvan Mədəniyyət Nazirliyi bu yanlışı mütləq düzəltməlidir…
İki gündür araşdırma aparıram, gəldiyim dəqiq qənaət budur ki, Naxçıvan Mədəniyyət Nazirliyi Dövlət Bayrağı Muzeyinin işçisi Asudə xanım Məhərrəmli ilə bağlı obyektivlikdən uzaq qərar qəbul edərək, ixtisası sırf muzeyşunaslıq olan, təcrübəli bir adamı işdən çıxarıb.
Eyni zamanda, muzeyin direktoru Rəmzi Hüseynova töhmət verib. Bu qərar tərəfləri dinləmədən, yalnız kimlərəsə xoş gəlmək üçün verilib. Ortada sübut kimi türkiyəli turist tərəfindən çəkilən və kontekstdən çıxarılan bir video götürülürsə, yaxşı olar ki, həmin çəkilişdən əvvəl nələrin olduğuna da aydınlıq gətirilsin.
Naxçıvanın hüquq-mühafizə orqanları araşdırsa, məlum olar ki, həmin turist xanım müzeydəki insidentdən əvvəl Naxçıvanda bir taksi şoferi ilə də mübahisə edib və onu da vudeoya çəkib. Bu adamın kimliyi dəqiq araşdırılsın. Bəlkə məqsədi iki qardaş ölkə arasında nifaq toxumu səpmək olub. Çünki onun addımlarında siyasi provakasiya əlamətləri aydın sezilir…
Bu istiqamətdə gedən ictimai müzakirələrdən də görürük ki, əksəriyyət haqlı olaraq Asudə xanımın işinə bərpa edilməsini tələb edir.